SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
17 Sentyabr 2014 | 19:30
Brüsseldə müsəlman dünyası və Aİ arasında dialoq müzakirə olunub
foto: OİC
A
A
print
Baxılıb: 1007

Sentyabrın 8-9-da Brüsseldə İslam Əməkdaşlığı Təşkilatı (İƏT)-Aİ arasında yüksək məşvərət səviyyəsində görüş keçirilib. Toplantı əvvəlcə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) inzibati binalarında baş tutub. İştirakçılar bunun ardınca Aİ-nin operativ qərargahına yollanıblar. Gündəlikdə müsəlman dünyası ilə Aİ arasında dialoqun təşkili, müsəlman azlıqların müdafiəsi, terrorizm əleyhinə mübarizə və təhlükəsizlik, mətbuat, radikalizm, islamofobia, immiqrasiya və hər 2 qurumun gələcəkdə rastlaşa biləcəyi çətinliklər müzakirə olunub.

İƏT nümayəndə heyətinin tərkibi:

1. Səfir Arif MƏMMƏDOV, İƏT-in Aİ üzrə daimi missiyasının rəhbəri

2. Səfir Yəhya LAVAL, Siyasi işlər üzrə direktor

3. Doktor Abubakar BAGADAR, Mədəniyyət, sosial və ailə məsələləri üzrə direktor

4. Cənab Marghoob BUTT, İPHRC-in icraçı direktoru

5. Cənab Cahongir XASAVN, İqtisadiyyat departamenti - ekspert

6. Xanım Dina MADANİ - Siyasi şöbə - ekspert

7. Xanım Səltənət ÖMƏROVA, İƏT Brüssel şöbəsi

8. Cənab Camal MƏMMƏDOV, İƏT Brüssel şöbəsi

İƏT Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və ECHO-nun (Aİ Komissiyasının Humanitar Yardım Departamenti) aşağıdakı yüksək rəsmiləri ilə görüşüb: 

  • EEAS-ın Şimali Afrika, Yaxın Şərq, Ərəbistan yarımadası, İran və İraq şöbəsi üzrə icraçı direktoru, H.MINGARELLI
  • EEAS-ın Şimali Afrika, Yaxın Şərq, Ərəbistan yarımadası şöbəsinin regional əməkdaşlıq və horizontal məsələlər departamentinin rəhbəri P.BERGAMINI
  • EEAS-ın Şimali Afrika, Şərqi Afrika və Hind okeanı hövzəsi şöbəsinin direktor müavini D.KRISSLER
  • Qərbi və Mərkəzi Afrika üzrə direktor, "Sahel" strategiyası üzrə koordinator, P.USTUBS
  • EEAS-ın Şimali Afrika, Yaxın Şərq, Ərəbistan yarımadası, İran və İraq üzrə direktoru, C. BERGER,
  • Aİ Şurasının EE terrorizm əleyhinə əlaqələndirici ofisinin müşavirləri F. BOSTİN və C. HÖHN
  • EEAS-ın Cənub və Cənub-şərqi Asiya üzrə direktoru U. ASTUTO
  • ECHO-nun humanitar yardım və mülki müdafiə direktorluğundan H. DELFİN
  • EEAS-ın münaqişələrin qarşısının alınması, sülh və vasitəçilik alətləri üzrə şöbəsindən M.VASILEVSKA
  • EEAS-ın çoxtərəfli və qlobal məsələlər üzrə direktoru cənab S.AUER
  • EEAS-ın böhranla mübarizə və operativ koordinasiya şöbəsindən A.MIOTSO
  • İnsan hüquqları və demokratiya üzrə direktor, S.QONZATO

Görüşdə vurğulanıb ki, İƏT-Aİ münasibətləri sırf siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmamalı, mədəniyyət və dinlərarası dialoqu da əhatə etməlidir. Hər 2 tərəf vacib beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı birgə bəyanatlar verərək beynəlxalq ictimaiyyətə ciddi mesajlarını çatdırmalıdır.

Görüş zamanı Yaxın Şərq, Afrika və Cənubi Asiyadakı vəziyyət də müzakirə olunub. Aİ rəsmiləri bildiriblər ki, Liviya, Suriya və İraqdakı vəziyyət təkcə Aİ üçün deyil, bütün dünya üçün təhlükəlidir.

Sadalanan ölkələrdə münaqişə qurbanlarının əksəriyyəti müsəlmanlardır. "Qurbanların 90%-i müsəlmanlardır", - Çoxtərəfli və qlobal məsələlər üzrə direktor Stefan Auer bildirib. Qeyd olunub ki, Aİ əksər hallarda Liviya, İraq və Suriyadakı vəziyyətin mürəkkəbliyində ilişib qalır. Aİ bəyanatlar verir, lakin bütün bunları regiona bələd olan, lakin özü heç nə edə bilməyən etibarlı əməkdaşların köməyi olmadan edir.

Aİ və İƏT müxtəlif sahələrdə hər 2 qurumun maraqlarına xidmət edən əməkdaşlıq barədə razılığa gəlib. Qeyd olunub ki, XXI əsrin çağırışlarını birgə həll etməklə ortaq məqsədlərə çatmaq mümkündür. İƏT nümayəndə heyəti bildirib ki, Aİ-nin səsi böhran bölgələrində də, məsələn Qəzza zolağında da eşidilməlidir. İsrailin radikal və təcavüzkar siyasətinin bütövlükdə regionun təhlükəsizliyini risk altına aldığı da vurğulanıb.

Qeyd edək ki, mülki binaların 2 ay intensiv bombardmanı qadınlar və uşaqlar da daxil olmaqla, 2100-dən çox insanın ölümü ilə nəticələnib.

Böhranın və sonradan yaranan çıxılmaz vəziyyətlərin idarə olunması üçün 28 üzvlü Aİ və 57 üzvlü İƏT arasında mütləq "əməkdaşlıq"  qurulmalıdır. Etibarlı münasibətlər qurmaq üçün hər 2 qurum hansı sahədə birgə əməkdaşlıq edə biləcəklərini nəzərdən keçirməli, Ciddə, Brüssel, Nyu-York, Cenevrə və başqa yerlərdə görüşlər təşkil etməlidirlər.

Görüş zamanı eyni zamanda Brüsseldə səfirlik səviyyəsində yaradılacaq və müvafiq Aİ direktorluqları ilə çalışacaq işçi qrupların təfərrüatı haqqında Aİ-yə məlumat verilib. Həmin işçi qruplar öz növbəsində İƏT səfir işçi qruplarına hesabat verəcək. Aİ öz növbəsində daha möhkəm İƏT-Aİ qarşılıqlı münasibətləri üçün yeni zəmin yaranmasını və İƏT üzvü ölkələrinin səfirlərinin İƏT-Aİ münasibətlərinə cəlb olunmasını alqışlayıb.

İlin sonunadək yüksək rəsmilərin Ciddədə növbəti görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Münasibətləri daha da gücləndirmək üçün hər 2 tərəf BMT, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı, BMT-nin sivilizasiyalar alyansı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə razılaşıblar.

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib