SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
07 Oktyabr 2014 | 02:46
Mogerini parlament dinləmələrində Azərbaycandan danışıb
foto: Flickr / Europarl
A
A
print
Baxılıb: 970

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi postuna təyin olunmuş Federika Mogerini (Federica Mogherini) Avropa Parlamentinin deputatları önündə dinləmədən keçib. 

Fəaliyyət prioritetləri barədə danışan italiyalı Mogerini İttifaqın ahəngli siyasət yürütməli və bir ağızdan danışmalı olduğunun vacibliyini vurğulayıb. 

O, Şərq Tərəfdaşlığı siyasətində çətinliklərin olduğunu və region ölkələri, eləcə də həmin ölkələrin vətəndaşları ilə yaxından işləmək lazım olduğuna diqqət çəkib. 

Sloveniyalı deputat İvo Vayqlın Aİ-nin Dağlıq Qarabağ kimi münaqişələrin beynəlxalq hüquqa uyğun şəkildə həllinə hazır olub-olmadığı barədə sualına cavab verərkən Mogerini bildirb ki, Aİ buna hazır olmalıdır. Bundan əlavə, Aİ münaqişələrin önlənməsi mexanizmlərini işləyib hazırlamalıdır. İsrail-Fələstin misalında münaqişələrin bəziləri çox qədim olsa da, digərlərinin qarşısını almaq olardı. 

Avstriyalı deputat Ulrika Lunatsek Cənub Qaz Dəhlizi və Cənub Axını boru kəmərləri ilə bağlı sual ünvanlayıb. Mogerini Cənub Axınının Aİ tərəfindən dəstəklənmədiyini, bunun üçün siyasi şərtlərin bir araya gəlmədiyini, əvəzində isə Azərbaycandan qaz idxal edən Cənub Qaz Dəhlizinin prioritet olduğunu bəyan edib. "Bizim Azərbaycanda çoxlu investiyalarımız var və onlar enerji təchizatımızın diversifikasiyası üçün onlara ehtiyacımızın olduğunu bilirlər", deyə o, əlavə edib.

Fransalı deputat Emerik Şoprad isə Azərbaycan da daxil olmaqla bölgə ölkələrinin Aİ üzvlüyünün ABŞ tərəfindən diktə olunduğunu desə də, Mogerini bu iddianı yalanlayıb. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib