SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
15 Oktyabr 2014 | 10:36
Fransa "münasib vaxtda" Fələstin dövlətini tanıyacaq
A
A
print
Baxılıb: 763

Oktyabrın 14-də Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, "iki xalq üçün iki dövlət" prinsipi ilə Fələstin dövlətinin tanınması sözün əsl mənasında sülhün bərpasına kömək edə bilər. Bu barədə "France 24" yazır.

Bu yaxınlarda Britaniya qanunvericiləri Fələstinin dövlət kimi tanınması üçün simvolik səsvermə keçiriblər. Fabius bildirib ki, Fransa da "münasib vaxtda" bu addımı atacaq.

"2 dövlət (İsrail və Fələstin) olmalıdır deyiriksə, sözsüz ki, Fələstin dövləti tanınmalıdır. Əsas məsələ atılacaq addımlar və bunların hansının daha səmərəli olmasıdır. Biz rəmzi mənada deyil, real olaraq sülhə yardımçı olmaq istəyirik", - Fabius Milli Assambleyanın aşağı palatasında bildirib. Fabius deyib ki, "münasib vaxt" danışıqlar üzrə bütün səylər tükəndikdən sonra gələcək.

Qeyd edək ki, müzakirələr İsrail və Fələstin arasında sülh danışıqlarının baş tutmaması və bu il Qəzza münaqişəsində 2000 fələstinli və onlarla israillinin öldürülməsindən sonra başlayıb. Britaniyada səsvermə İsveç yeni Fələstin dövlətini tanıyacağını bildirdikdən sonra keçirilib. İsrail və ABŞ isə İsveçin addımı tənqid ediblər.

"AFP" agentliyinə görə, Fələstin dövlətini dünyada 112 ölkə tanıyır. Fələstin isə bu rəqəmin 134 olduğunu bildirir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib