SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Oktyabr 2014 | 19:13
Merkel yenə də Putini tənqid edib
A
A
print
Baxılıb: 552

Oktyabrın 23-də əksər Aİ dövlət və hökumət başçıları Rusiyanı Ukrayna ilə atəşkəsin şərtlərini pozduğuna görə tənqid ediblər. İtaliya isə bildirib ki, Moskva ilə yenidən danışıqlara başlamaq lazımdır.

Brüssel sammitindən sonra Almaniya kansleri Angela Merkel şərqi Ukraynanın Donetsk və Luqansk əyalətlərində separatçıların törətdiklərini “arzuolunmaz fakt” adlandırıb.

Sentyabrın 5-də Rusiya və Ukrayna Minskdə atəşkəs razılığı imzalayıblar. Atəşkəsə əsasən, Ukrayna hökuməti hakimiyyətin desentralizasiyasına kimi, separatçı bölgələrdə yerli seçkilər keçirməli idi. Buna baxmayaraq, Donetsk və Luqansk "respublikaları" noyabrda öz seçkilərini keçirməyə və müstəqilliklərini elan etməyə hazırlaşırlar.

Ötən həftə Rusiya lideri Vladimir Putin Milanda Merkelə söz vermişdi ki, öz nüfuzundan istifadə edərək separatçılara təsir göstərəcək, Minsk sazişi münaqişənin dondurulmasına gətirib çıxarmayacaq. Merkel bu sözlərə əməl etmədiyinə görə Putini günahlandırıb. Merkel deyib ki, noyabr seçkiləri Rusiyanın dedikləri ilə düz gəlmir. "Xeyr, bizə dondurulmuş münaqişə, ikinci Dnestryanı bölgə (Moldovada faktik Rusiyanın nəzarətində olan dövlət) lazım deyil. Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyik" - Rusiya bildirmişdi.

Aİ liderləri qəbul etdikləri birgə bəyannamədə Rusiyanı verdiyi sözə əməl etməyə çağırıblar. Oktyabrın 24-də təsdiqlənən rəsmi məlumatda bildirilir ki, Aİ- Rusiya əleyhinə sanksiyaları indilik davam etdirəcək.

"Aİ şurası sanksiyalarla bağlı əvvəlki qərarları nəzərdən keçirib.  Ukraynadakı vəziyyədə müvafiq olaraq bunlardan istifadə olunacaq. Rusiya federasiyası Minsk sazişinin tam icrası üçün məsuliyyəti boynuna götürməlidir. Xüsusən də, Rusiya öz ərazisindən Ukraynaya silah və döyüşçülərin göndərilməsinin qarşısını almalıdır. Onlar öz nüfuzlarından istifadə edib  separatçıların Minsk sazişini icra etməsinə təsir göstərməlidirlər”.

İtaliyanın baş naziri Matteo Renzi isə Aİ liderlərinə bildirib ki, Putinlə yenidən danışıqlar aparmaq lazımdır. Yüksək Aİ mənbəsindən bildirildiyinə görə, Renzi yarım saatlıq çıxışında Moskva ilə "konstruktiv dialoqa" ehtiyac olduğunu vurğulayıb.

Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyalara oktyabrın sonunda rəsmi nəzər yetirəcəkdilər. "Renzinin müdaxiləsi hər şeyi korladı. Liderlərin bəzisi ona açıq şəkildə bildirdi ki, sanksiyalar bu günün mövzusu deyil" - Aİ diplomatı bildirib.

"Sanksiyaların gözdən keçirilməsi üçün indi münasib vaxt deyil" - çex respublikasının baş naziri Bohuslav Sobotka mətbuata bildirib.

Renzi sammitdən sonra İtaliya müxbirlərinə bir neçə dəqiqəlik müsahibə versə də, Rusiyadan söz açmayıb. İtaliya diplomatlarının fikrini öyrənmək də mümkün olmayıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib