SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
27 Oktyabr 2014 | 12:31
Olland fransızları birliyə çağırıb
A
A
print
Baxılıb: 477

Oktyabrın 26-da partiyasında parçalanma təhlükəsi olduğu üçün Fransa prezidenti Fransua Olland fransızları birliyə səsləyib. Bu barədə "Radio France İnternationale" yazır.

Bazar günü Olland Şərqi Dijon şəhərinə səfər edib. "Leo Lagrange" təhsil assosiasiyasının bağlanış mərasimində iştirak edən prezident yaxşı əhval-ruhiyyədə olub. "Prezident xüsusən parçalanma olduğu bir vaxtda öz ölkəsinin birliyindən narahatdır. Birlik uğrunda mübarizə təkcə siyasi qrup və ya partiyalar arasında deyil, ümumiyyətlə həmişə çətindir", - Olland bildirib.

Bəzi jurnalistlər hesab edirlər ki, birlik çağırışı baş nazir Manuel Valsın sosialist partiyada islahatlar təklifi ilə bağlıdır. Manuel Vals öz partiyasını islahatlar keçirməyə, keçmişlə əlaqələri unutmağa, lazım gəlsə, partiyanın adına dəyişiklik etməyə çağırıb. Baş nazirin bununla bağlı müsahibəsi bu həftə yayımlanacaq.

Olland partiyanın parçalanması fikrini özündən uzaqlaşdıraraq, diqqətini öz "gözəl həftəsonuna" yönəldə bilib. Dünən prezident ölkənin ən təmtəraqlı Pablo Pikasso qalereyalarından birində təntənəli açılış mərasimində iştirak edib. Qeyd edək ki, bazar günü sentyabr ayı ilə müqayisədə Ollandın nüfuzu 1% artıb. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib