SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
28 Oktyabr 2014 | 13:28
Krımda insan hüquqları pozulur
A
A
print
Baxılıb: 580

"2014-cü ilin fevralından Krımda baş verən bütün insan hüquqları pozuntusu1, həmçinin bu yaxınlardakı adam oğurluğu effektiv araşdırılmalı, cavabdehlər məsuliyyətə cəlb olunmalıdırlar. Etnik azlıqların hüquqları və təhlükəsizliyinin qorunması, eləcə də mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üçün təcili təbirlər görülməlidir", - Avropa Şurasının insan hüquqları üzrə komissarı Nil Muyjnieks bildirib. Nil Muyjnieks 2014-cü il 7-12 sentyabrda Kiyev, Moskva və Simferopolda apardığı missiya ilə bağlı hesabat yayıb. Bu, 2014-cü ilin martından beynəlxalq qurumun Krımda insan hüquqları ilə bağlı ilk hesabatıdır.

Hesabatda Reşat Ametov və başqaları ilə bağlı ölüm halları, vətəndaş cəmiyyəti fəallarından Leonid Korj, Timur Şaymardanov və Seyran Zinedinov daxil olmaqla, itkin düşən şəxslərə diqqət yönəldilib. Komissar qeyd edib ki, bu halların bəziləri ilə bağlı cinayət işi açılıb.

Nil Muyjnieks regionda baş verənlərdən əziyyət çəkən krım tatarları, ukraynalılar, həmçinin Rusiya vətəndaşlığından  imtina edən şəxslərdən narahat olduğunu bildirib. O, maskalı və silahlı təhlükəsizlik qüvvələri üzvlərinin müsəlman dini qurumlarında, şirkətlərdə və krım tatar cəmiyyətinə məxsus fərdi evlərdə apardığı axtarışları xüsusi vurğulayıb. Komissar həmçinin "Kiyev patriarxiyasının Ukrayna ortodoks kilsələrinə nəzarətin ələ keçirilməsi cəhdlərindən narahatlığını bildirib. "Zorakılığa və hər hansı ayrı-seçkiliyə qarşı birmənalı şəkildə tolerantlıq mesajı göndərilməli, nəyin bahasına olursa-olsun, insan hüquqlarının qorunmasına və hüquq normasına əməl olunmasına xüsusi diqqət yetirilməlidir. İctimai, yaxud fərdi qaydada öz dini etiqadlarına əməl etmək, öz dillərində təhsil almaq, heç bir hədə-qorxu olmadan fikirlərini sərbəst ifadə etmək üçün etnik azlıqların təhlükəsizliyi təmin olunmalıdır. Bunlardan ən vacibi isə vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməkdir. Belə olmasa, insanlar yenidən regiondan didərgin düşə bilər", - deyə Muyjnieks əlavə edib.

Komissar hesab edir ki, Krımın özünümüdafiə qüvvələri ləğv olunmalıdır. "İnsan hüquqları pozuntusuna məruz qalmayan şəxslər öz arzuları əsasında müvafiq təlim keçdikdən sonra yerli polisə qoşula bilər", - o deyib. Komissar həmçinin bildirib ki, ciddi insan hüququ pozuntusuna yol verənlər heç bir halda əfv olunmamalıdırlar. "İnsanlara məsuliyyət aşılanmalı, yaşamaq hüququ və qeyri-insani davranışlara qarşı istənilən şəraitdə effektiv mübarizə aparılmalıdır", - Muyjnieks bildirib.

Bundan əlavə, komissar son aylarda jurnalistlərə qarşı fiziki hücum və təhdidləri tənqid edib. O bildirib ki, mətbuat azadlığı təmin olunmalı, ictimai müşahidəçi kimi öz vacib rolunu yerinə yetirməlidir. İnsan hüququ müdafiəçilərinin çalışması üçün təhlükəsiz və əlverişli şərait yaradılmalı, onlara qarşı zorakılıq halları aradan qaldırılmalıdır.

Sonda komissar bildirib, ki "Beynəlxalq humanitar və insan hüquqları təşkilatlarının bütün istiqamətlərdən və istənilən vaxt Krıma sərbəst və qeyd-şərtsiz çıxışı, eləcə də beynəlxalq müşahidəçilərin maneəsiz fəaliyyəti təmin olunmalıdır".

____

1İnsan hüquqları üzrə komissarın missiyası insan hüquqlarının effektiv müdafiəsini təbliğ etməkdir. Bu, statusu sual altında olan bölgənin, yaxud insan hüquqlarının faktik yurisdiksiyasını həyata keçirən hakimiyyətin tanınması kimi başa düşülməməlidir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib