SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
31 Oktyabr 2014 | 14:55
İŞİD döyüşçüsü məhkəmədə: "Mən hələ də şəhid olmaq istəyirəm"
A
A
print
Baxılıb: 590

Kreşnik B. alman məhkəməsinə çıxarılan ilk İŞİD döyüşçüsüdür. İfadə verməyə hazırlaşan döyüşçü yumşaq cəza alacağına ümid edirdi. Buna baxmayaraq, Frankfurt regional Ali Məhkəməsindəki çıxışı ilə o, öz vəziyyətini çətinləşdirib. Məlumatı "Deutsche Welle" yayıb.

"Sizə soyuqdurmu? Paltonuzu soyuna bilərsiniz - sizə heç nə etməyəcəyik", - 30 oktyabrda məhkəməyə sədrlik edən hakim Tomas Saqebiel müttəhimə səslənib.

İdman şalvarında, qalın tünd qırmızı qış paltosunda məhkəməyə çıxan və Qərbi Almaniyanın "Bad Homburq" qəsəbəsində anadan olan 20 yaşlı Kreşnik B. sakit səslə və qısa cümlələrlə danışmağa başlayıb. O, 2013-cü ilin iyun ayında İŞİD qüvvələrinə qoşulmaq üçün Suriyaya getdiyini yada salıb. O, heç bir uğur əldə etmədiyi və tək bir atəş açmadığı üçün dekabrda geri qayıtdığını bildirib.

O, Frankfurt hava limanında saxlanılıb. Xarici terrorçu dəstələrə qoşulmağın cəzası 10 illik həbsdir. Hakimlər və ittihamçılar qrup haqqında məlumat verməsi və mücahidlərə qoşulma səbəbini açıqlaması şərti ilə ona yüngül cəza təklif edirdilər. Buna baxmayaraq, o, sorğunun düz ortasında öz əleyhinə bir cümlə işlədir: "Əslində, mən hələ də şəhid olmaq istəyirəm".

Bu məqamda hətta vəkil Mutlu Günalı da təəccübləndirib. Başlanğıcda Kreşnik B. istəməsə də, Günal müttəhimi ifadə verməyə təhrik edə bilmişdi. Əvvəlki məhkəmədə Günalın oxuduğu yazılı bəyanat məhkəmə üçün yetərli olmamışdı. Ona görə də müttəhim bu dəfə suallara şəxsən özü cavab verməli idi.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib