SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
04 Noyabr 2014 | 17:11
Herbert Salber: "Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil"
Photo: osce.org
A
A
print
Baxılıb: 1102

Noyabrın 3-də Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısı keçirilib. Komitə üzvləri Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə fikir mübadiləsi aparıblar.

Herbert Salber bildirib ki, Aİ-nin xüsusi nümayəndəsi olaraq son iki ay ərzində Cenevrə beynəlxalq danışıqlarında həmsədr rolunu oynayıb. Həmçinin, o bildirib ki, regiondakı fəaliyyətində yerli hökumətlər, qeyri-hökumət təşkilatları və digər qurumlarla, həmçinin Aİ və başqa beynəlxalq qurumların yerli nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir.

Herbert Salber xüsusi olaraq Ukrayna böhranının regiondakı ölkələrə təsirini vurğulayıb. O deyib ki, Azərbaycan hökuməti və ictimaiyyəti Ukrayna hadisələrindən sonra, Aİ-nin ərazi bütövlüyü prinsipinə verdiyi qiyməti xüsusi həssaslıqla qarşılayır. Gürcüstanda isə Ukrayna hadisələrini 2008-ci ildə Gürcüstanın özündə baş verən müharibənin təkrarı kimi və günahkar tərəfin təsdiqi kimi görürlər.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Salber Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu arasında konstruktiv dialoqun saxlanmasını prioritet olaraq qeyd edib. “Avropa İttifaqının məsələ ilə bağlı mövqeyi dəyişmir. Biz ATƏT-in münaqişəyə həll tapma cəhdlərini dəstəkləyirik. Həmçinin, tərəflər arasında keçirilən zirvə görüşlərini təqdirlə qarşılayırıq”, - Salber əlavə edib. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ icmalarının bir araya gəlməsi və qarşılıqlı inamın yaradılmasını vacib hesab etdiyi deyən Herbert Salber bu işin çox çətin olduğunu və hər iki tərəfin bu cür layihələrdən imtina etdiklərini də qeyd edib. Buna səbəb olaraq, o, təmas xəttində davamlı olaraq itkilərin qeydə alındığını gətirib.

“Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, fəal münaqişədir və istənilən zaman geniş miqyaslı hərbi əməliyyatlar başlaya bilər”, - Salber vurğulayıb. “Son dəfə Azərbaycanda olarkən mən məcburi köçkünlərin yaşadıqları düşərgələri ziyarət etdim və Azərbaycan hökumətinin onlar üçün yaratdığı şəraiti gördüm, ancaq buna baxmayaraq, bəzi məcburi köçkünlərin yaşayış şərtlərini təsvir etmək belə çətindir”, - Herbet Salber deyib.

Fransa prezidenti Fransua Ollandın dəvəti ilə Parisdə keçirilən zirvə görüşü haqda danışan xüsusi nümayəndə qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra ATƏT-in ABŞ-lı həmsədri Ceyms Uarliklə (James Warlick) müzakirəsində səfir Uarlik ona “irəliləyişlərin olmasını və gələcəyə nikbin baxdığını” bildirib. Salber deyib ki, buna baxmayaraq, hər kəs başa düşür ki, yekunda, Rusiya rəhbərliyinin razılığı olmadan və Moskva öz “xeyir-duasını” verməyincə, münaqişənin həlli “çətin ki, mümkün olsun”.

Xüsusi nümayəndə Salber komitə üzvlərinə bildirib ki, Azərbaycan və Ermənistan hökumətlərinə Dağlıq Qarabağ və digər rayonlara səyahət etmək icazəsi üçün rəsmi müraciət edib. O, oradakı vəziyyəti “öz gözləri ilə görməli” olduğunu deyib və hələlik icazə almasa da, “məsələdən əl çəkməyəcəyini” vurğulayıb


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib