SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
04 Noyabr 2014 | 18:23
Brüsseldə Avronest komitələri toplanacaq (Yenilənib)
A
A
print
Baxılıb: 796

Noyabrın 4 və 5-də Avropa Parlamentində Avronest Parlament Assambleyasının komitələrinin toplantıları keçiriləcək. 

Noyabrın 4-də Avronestin siyasi, iqtisadi və enerji üzrə komitələri toplanacaqlar. Mədəniyyət məsələləri üzrə komitə isə noyabrın 5-də toplanacaq.

Siyasi komitənin toplantısında Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Şərq Tərəfdaşlığı, Regional inkişaf və ATƏT şöbəsinin rəhbəri Riçard Tibbels (Richard Tibbels) 2014-2017-ci illər üçün Şərq Tərəfdaşlığı proqramının inkişafı haqda danışıb.

Həmçinin, toplantı zamanı Azərbaycan, Gürcüstan və Ukrayna ilə viza rejiminin sadələşdirilməsi müzakirə mövzusu olub. Gürcüstan tərəfi viza rejiminin sadələşdirilməsinin Gürcüstan vətəndaşları üçün bir çox hallarda proseduru daha qəliz etdiyini bildiriblər. Belə ki, əgər əvvəllər bir sıra Avropa ölkəsi üçün vizaları sərhəddə alınırdısa, yeni sistemin tətbiqindən sonra vətəndaşlar öncədən səfər edəcəkləri ölkənin konsulluğuna müraciət etməli olurlar.

Bununla yanaşı, Moldovada Rusiyanın iqtisadi təzyiqlərindən sonrakı mərhələdə Avropa İttifaqının dəstəyi nəticəsində iqtisadi inkişafın sürətləndiyi qeyd edilib. Moldovanın Avronest-dəki nümayəndələri Rusiyanın ölkələrinə təzyiqini azaltmaq məqsədi ilə bu əməkdaşlığı daha da genişləndirməyə çağırıblar.

Daha sonra, Avropa Siyasi Araşdırmalar Mərkəzi (CEPS) baş tədqiqatçısı Stiven Blokmans (Steven Blockmans) Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi siyasi sanksiyalar kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin qarşısında duran siyasi çətinliklər, şərqi Ukraynadakı münaqişə və bu proseslərin Avropa təhlükəsizliyinə təsiri haqda məruzə ilə çıxış etdi.

Yekunda isə həmməruzəçilər avroparlamentari Mişal Boni (Michal Boni) və Gürcüstanın millət vəkili Viktor Dolidzenin hazırladıqları "Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin Avropa Qonşuluq Alətləri 2014-2020 proqramı vasitəsilə gücləndirilməsi" mövzulu hesabatı təqdim etdilər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib