SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
05 Noyabr 2014 | 20:11
Millət vəkili Rövşən Rzayev Avropa Parlamentində görüşlər keçirib
foto: eunews.az
A
A
print
Baxılıb: 1032

Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev Avropa Parlamentində görüşlər keçirib.

Səfər çərçivəsində deputat litvalı deputat Antanas Quoqa, bolqar deputat Giorgi Pirinski, avstriyalı deputat Barbara Kappel, sloveniyalı deputat İvo Vayql, ispan deputat Ernest Maraqall və alman deputat Norbert Noyzer ilə görüşüb. 

Görüşlərin əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının mövqeyi olmuşdur.

Azərbaycanlı millət vəkili ölkəsinin, o cümlədən təmsil etdiyi icmanın münaqişənin dinc yolla həlinin tərəfdarı olduğunu, erməni və azərbaycanlı icma arasında davamlı və effektiv dialoqun zərurluğunu bildirib. Rövşən Rzayev Azərbaycan tərəfdən dəfələrlə dialoq təklifinin olduğunu yada salmaqla yanaşı, Ermənistan tərəfinin bu təşəbbüsdən müxtəlif bəhanə və metodlarla boyun qaçırdığını da vurğulayıb. 

Erməni qoşunlarının nəzarəti altında olan Sərsəng su anbarından da danışan Rövşən Rzayev həmkarlarını su anbarı ilə bağlı olan mümkün iqtisadi və ekoloji faciələr barədə məlumatlandırıb. Bununla yanaşı o, su anbarı ilə bağlı AŞPA-da hazırlanan məruzəni də diqqətdə saxlamağı avropalı həmkarlarından xahiş edib. 

Millət vəkili "İndex" fondunun dəstəyi ilə Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər ilə görüşüb. 

 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib