SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
06 Noyabr 2014 | 15:30
Avropa İttifaqı rəsmisi: “Bizim üçün "DQR" adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirik”
A
A
print
Baxılıb: 908

Noyabrın 5-də Brüsseldə Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclası keçirilmişdir. İclasda münaqişə bölgələrində etimad mühitinin yaradılması haqqında Avropa İttifaqının rəsmisi Adriano Martinsin məruzəsi dinlənilmiş və Şərq tərəfdaşlığı ölkələrinin (ŞTÖ) münaqişə bölgələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etimadın yaradılması missiyası barədə ətraflı məlumat verilmişdir. Müzakirələr zamanı çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev etimad mühitinin yaradılması istiqamətindəki tədbirlərə müsbət yanaşdığını və bunun üçün ilk növbədə Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının birgə görüşünün təşkilinin vacib olduğunun bildirmişdir. Deputat fikrinin onunla əsaslandırmışdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə oradan zorla çıxarılmış azərbaycanlılar mütləq bir araya gəlməli və regionun gələcək statusunu birgə müəyyənləşdirməlidirlər. Ermənistanı təmsil edən Tevan Poqosyan isə qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğu və sülh danışıqlarında onun da ayrıca münaqişə tərəfi kimi iştirak etməsi haqqında əsassız fikirlər səsləndirmişdir.

Təkrar söz alan millət vəkili A.Quliyev erməni deputatını yalan danışmaqda və auditoriyanı çaşdırmaqda ittiham edərək "DQR" deyilən bir qurumun mövcud olmadığını, heç bir dövlət, o cümlədən Ermənistan və beynəlxalq qurum tərəfindən tanınmadığını, münaqişədə yalnız iki tərəfin işğalçı Ermənistanla və işğala məruz qalan Azərbaycanın olduğunu və bu formatın ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edildiyini Aronest PA nümayəndələrinin diqqətinə çatdırmışdır. Eyni zamanda, A.Quliyev Aİ-nin Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlıq departamentinin sədr müavini cənab Adriano Martinsə açıq sual ünvanlayaraq erməni deputatın bəhs etdiyi "DQR" adlı bir qurumun olub-olmamasını və onu Avropa İttifaqının tanıyıb-tanımamasını auditoriya qarşısında elan etməsini xahiş etmişdir. Cənab Martins deputatın sualına cavab olaraq bildirmişdir ki, "DQR" adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirlər. Bu cavabdan sonra erməni deputatları bir daha bu məsələyə qayıtmadılar. Daha sonra Azay Quliyev Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycan tərəfindən "qara siyahlya" salınması və onlara viza verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirmiş və bu siyasətin bundan sonra da davam edəcəyini bildirmişdir.

Ciddi müzakirələrə səbəb olan daha bir məsələ Şərq Tərəfdaş ölkələrinin Vətəndaş Cəmiyyəti Forumun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin ‘QHT’-lərinin dəvət olunması haqqında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi oldu. Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev bu təklifin çox zərəli və sülh danışıqlarının ruhuna zidd olduğunu bildirdi və belə bir addımı separatist rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qirmətləndirdi. Millət vəkili fikrini əsaslandıraraq bildirdi ki, heç bir legitim əsasa söykənməyən bu cür qurumların Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumuna dəvət olunma təşəbbüsü  Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənmişdir və bu qanunsuz addımın atılacağı təqdirdə Azərbaycan bu forumda iştirakını dayandıracaqdır.

Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzaişvili bu məsələnin həlli üçün konsensusun gərəkdiyini qeyd etdi və Azərbaycanın mövqeyinin nəzərə alınacağını bildirdi.

Yekunda A.Quliyev "Mədəniyyət və ŞT kontekstində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə layihəsi ilə bağlı müzakirələrdə iştirak etmiş, məruzə ilə bağlı öz fikirlərini və təkliflərini səsləndirmişdir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib