SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
11 Noyabr 2014 | 18:28
Aİ Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək (Yenilənib)
A
A
print
Baxılıb: 611

19:26

Almaniyanın kansleri Angela Merkel bir az öncə keçirdiyi mətbuat konfransında bildirib ki, "İqtisadi sanksiyaların genişlənməsi ehtimalı azdır. Hal-hazırda biz üzümüzə gələn qışı və Ukraynadakı humanitar vəziyyəti düşünməliyik, eyni zamanda həqiqi atəşkəsin əldə olunmasına çalışmalıyıq".

Kansler Merkel həmçinin deyib ki, Avropa İttifaqı Minskdə imzalanan atəşkəs müqaviləsinə riayət olunmamasından narazıdır. O bildirib ki, nazirlərin müzakirə üçün toplantısından öncə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ilə telefon danışıqları aparacaq.

"Reuters" xəbər verir ki, yeni sanksiyalar Ukraynanın cənub-şərqində yeni təyin olunmuş məmurlara toxunacaq. 

17:28

Avropa İttifaqının xarici işlər nazirləri şurası gələn həftə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və Ukraynaya yeni dəstək paketinin verilməsini müzakirə edəcəklər. Bu haqda noyabrın 11-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini (Federica Mogherini) bildirib.

"Gələn həftənin bazar ertəsi nazirlər Brüsseldə bu məsələləri müzakirə edəcəklər, ancaq əsas müzakirə mövzusu sanksiyaların genişləndirilməsi deyil, Ukraynaya bu çətin zamanda necə dəstək verməyimiz olacaq", - Federika Mogerini Berlində keçirilən mətbuat konfransında bildirib. 

Qeyd edək ki, son həftələr ərzində Rusiya yönümlü separatçı qüvvələr Ukraynanın şərqində yenidən fəal hərbi əməliyyatlara başlayıblar. Rəsmi Kiyev separatçıların Rusiya tərəfindən dəstəklənməsinə dair yeni sübutların olduğunu bildirib. 

Rusiya isə öz növbəsində münaqişə tərəfi olmadığını və Ukraynaya silah və ordu göndərmədiyini iddia edir.

"Ümid edirəm ki, iki-üç ay öncəki hiddətli döyüşlər və gündəlik qurbanlar vəziyyətinə geri dönməyəcəyik", - Almaniyanın xarici işlər naziri Frank Ştaynmayer (Frank Steinmeier) bildirib.

Avropa Xarici Fəaliyyət Xidmətindən (EEAS) "eunews.az"a bildiriblər ki, münaqişələrin yenidən başlaması ehtimalını azaltmaq üçün Aİ sanksiyaları genişləndirməyə hazırlaşır və bununla bağlı artıq təkliflər layihəsi üzv dövlətlərə göndərilib.

Həmçinin Federika Mogerini sanksiyalarla bağlı bildirib ki, "Rusiya iqtisadiyyatı xeyli zərər alıb".


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib