SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
14 Noyabr 2014 | 14:10
Erməni vertolyotunun vurulması ilə bağlı bəyanat (yenilənib)
A
A
print
Baxılıb: 1101

"Eunews.az" Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən irimiqyaslı hərbi təlimlərlə bağlı sorğu göndərib. Vurulmuş vertolyotun hərbi təlimlər çərçivəsində manevrlər etdiyini nəzərə alaraq, məqsəd Aİ xarici siyasət idarəsinin sözügedən təlimlərlə bağlı mövqe bildirib-bildirmədiyini öyrənmək idi. 

Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat nümayəndəsi Maya Kosiynaçiç (Maja Kocijancic) "eunews.az"-a bildirib ki, vertolyotun vurulması Ermənistan silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlərlə eyni vaxta təsadüf etdiyi üçün bəyanat hər iki münaqişə tərəfinə ünvanlanıb. 

-----

Avropa Xarici Fəaliyyət Xidməti Aİ nümayəndəsinin bəyanatını yayıb. Bəyanatda deyilir:

"2014-cü il noyabrın 12-də təmas xəttində hərbi vertolyotun vurulması atəşkəsin pozulmasına gətirib çıxarıb. Bundan sonra artıq bütün tərəflər təmkinli olmalı, vəziyyəti gərginləşdirən fəaliyyətlərdən və ya bəyanatlardan uzaq durmalıdır. Bundan əlavə, biz bu xoşagəlməz hadisənin araşdırılmasını da təklif edirik.

Avropa İttifaqı ATƏT-in Minsk qrupunun və onun 3 həmsədrinin səylərini tam dəstəklədiyini bir daha vurğulayır. Hər 2 tərəf ciddi qaydada atəşkəsə riayət etməli, hərbi vasitələrdən, yaxud hər hansı təhdidlərdən çəkinməli, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üzrə səyləri davam etdirməlidir".

Xatırladaq ki, noyabrın 12-də, saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri vurulub. Vurulan helikopterin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib