SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
19 Noyabr 2014 | 10:47
Almaniya Moskva və Kiyev arasında vasitəçilik edir
A
A
print
Baxılıb: 586

Noyabrın 18-də Almaniyanın xarici işlər naziri Ukrayna hökumətini və separatçıları atəşkəsə riayət etməyə çağırıb. Atəşkəs quruda döyüşlərin dayandırılmasına kömək etsə də, artilleriya atəşləri səngimək bilmir. Bu barədə "New Europe" xəbər verir.

Şərqi Ukraynada hərbi münaqişə indiyədək 4500-dən çox insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Sentyabrın 5-də Minskdə imzalanmış müqavilə ön cəbhədə vuruşmaları dayandırsa da, ağır artilleriya zərbələri nəticəsində mülki vətəndaşlar və döyüşçülər həlak olub.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer gərginliyin azaldılması məqsədilə Kiyev və Moskva arasında vasitəçilik edir. Ştaynmayer noyabrın 18-də Kiyevdə müxbirlərə bildirib ki, hər 2 tərəf natamam olsa da, Minsk sazişlərinə əməl etməlidirlər. "Minsk protokolu mükəmməl deyildi. Bu razılığın natamam olması hamıya məlumdur. Hər halda, bu, bizim istinad yerimizdir. Ona görə də tərəfləri Minsk protokolunun icrasına dəvət edirəm", - o deyib.

Noyabrın 17-də Almaniya kansleri Angela Merkel Rusiyanı Avropada sülhü pozmaqda ittiham edib. O xəbərdarlıq edib ki, Şərqi Ukrayna kimi ölkələrdə regional münaqişələr digər sabiq sovet ölkələrində də həyəcana səbəb olur.

Ötən 2 həftə ərzində separatçıların əllərində olan bölgədə onlarla zirehli yük maşını, artilleriya texnikası və tanklar gözə çarpıb. Bu isə tezliklə hərbi əməliyyatların yenidən başlaması ilə bağlı narahatlıq yaradıb.

Noyabrın 18-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna daxilində və sərhəddin Rusiya hissəsində qoşunların, texnikanın, tanklar və artilleriya vasitələrinin, müasir hava hücumundan müdafiə sistemlərinin hərəkəti qeydə alınıb. "Bu, atəşkəs müqavilələrinin pozulması deməkdir. Biz Rusiyanı qoşunları Şərqi Ukraynadan geri çəkməyə və Minsk protokoluna əməl etməyə çağırırıq", - o deyib.

Bundan əlavə, noyabrın 18-də Stoltenberq 28 üzvlü Avropa İttifaqının müdafiə nazirləri ilə görüşüb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib