SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
20 Noyabr 2014 | 14:04
Fuad İsgəndərov Belçika parlamentinin sədri ilə görüşüb
A
A
print
Baxılıb: 593

18 noyabr 2014-cü il tarixində səfir Fuad İsgəndərov Belçika Parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Zigfrid Brake (Zigfried Bracke) ilə görüş keçirmişdir. 

Görüş zamanı səfir ölkəmizin regiondakı yeri və tutduğu mövqe barədə ətraflı məlumat verərək, Azərbaycanın daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulamışdır. F.İsgəndərov ölkəmizin mürəkkəb coğrafiyada yerləşdiyini nəzərə alaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropaya və Avropa İnstitutlarına inteqrasiya yolunu tutduğunu qeyd etmişdir. 

F.İsgəndərov ikitərəfli iqtisadi münasibətlərin hazırki durumu barədə məlumat verərək, son bir il ərzində iqtisadi əlaqələrin genişlənməsi və Belçika şirkətlərinin Azərbaycanda fəallaşmasını iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya kimi qeyd etmiş və iqtisadi münasibətlərinin inkişafı fonunda siyasi əməkdaşlığın möhkəmlənməsinin zəruri olduğunu nəzərə çatdırmışdır.

F.İsgəndərov parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə tövfəsini vurğulayaraq, mövcud parlamentlərarası əməkdaşlığın daha da intensivləşəcəyinə ümid etdiyini vurğulamışdır. Səfir Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun 2013-cü ildə Belçikaya etdiyi rəsmi səfərin parlamentlərarası əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd etmişdir. 

Z.Brake Azərbaycan səfiri ilə görüşdən məmnunluq duyduğunu diqqətə çatdıraraq, ölkələr arasında dövlət və hökumət başçıları, nazirlər səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Z.Brake Belçika və Azərbaycan arasında parlamentlər səviyyəsində siyasi dialoqun aparılmasına hazır olduğunu bildirmişdir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib