SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
20 Noyabr 2014 | 10:22
Moskva və Kiyev bir-birlərini ittiham edir
A
A
print
Baxılıb: 537

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Kremldə Rusiya prezidenti Vladimir Putinlə qəfil görüşdən 1 gün sonra Şərqi Ukrayna münaqişəsinin beynəlxalq həlli yollarını təhlil edib. Xəbəri "Deutsche Welle" yayıb.

"Təəssüf ki, biz gərginliyin azaldılmasından, hətta məsələnin siyasi həllindən də çox uzağıq", - noyabrın 19-da Berlində polşalı həmkarı ilə danışıqlardan sonra Ştaynmayer bildirib. Onun sözlərinə görə, sentyabrda Minskdə imzalanmış atəşkəs diplomatik həllə təkan verib. Bununla da, Qərb münaqişənin sülh yolu ilə tənzimlənməsində inamlı olmağa başlayıb.

Polşanın xarici işlər naziri Şetina deyib ki, bütün Aİ ölkələri Ukrayna münaqişəsinin həllində maraqlı olmalıdırlar. Bu münaqişə Avropanın siyasi addım atmaq bacarığını sınağa çəkib. Polşa Ukrayna ilə həmsərhəddir.

Sosial-demokrat Ştaynmayer xəbərdarlıq edib ki, 2 ay əvvəl sakitlik qismən təmin olunsa da, gərginlik yenidən arta bilər. Moskvaya səfəri zamanı o deyib ki, Ukrayna hadisələri haqqında təsəvvürlər tamamilə fərqlidir. Məsələn, Rusiya münaqişənin səbəbini  fevralda prezident Yanukoviçin hakimiyyətdən getməsində görür.

Platsek problemi

Ştaynmayer Krımın martda anneksasiya olunmasının beynəlxalq hüquqa açıq şəkildə zidd olduğunu bildirib. Sosial-demokrat həmkarı isə əksinə, deyib ki, Krımın tanınması münaqişəni sakitləşdirə bilər. Almaniya-Rusiya biznes forumunun sədri və Brandenburq əyalətinin rəhbəri Mattias Platsek gündəlik "Passauer Neue Presse" qəzetinə müsahibəsində bu təklifi verib. "Ağıllı fikrini dəyişir - səfeh isə heç vaxt. Putinin özünü məğlub hesab etmədiyi bir həll yolu tapmaq lazımdır", - o deyib. Ştaynmayer isə onun mövqeyi ilə razılaşmayıb.

"Mən həmişə bildirmişəm ki, bu qanun pozuntusudur. Biz Krımın anneksasiyası ilə razılaşa bilmərik. Baş verənləri  qəbul edə və müharibədən 70 il sonra Avropanın sərhədlərinin yenidən dəyişdirilməsinə yol verməməliyik. Avropa bu ümumi mövqeyini qoruyub saxlamalıdır", - Ştaynmayer Krımın anneksasiyası ilə bağlı münasibət bildirib. 

Moskva və Kiyev bir-birlərini ittiham edir

Noyabrın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, Kiyev hökuməti Donetsk və Luqansk separatçı bölgələrində dövlət maaş və təqaüdlərini dayandırıb. Lavrov Ukrayna hökumətinin separatçılara qarşı yeni hərbi hücuma hazırlaşdığını güman edir. "Bu qərarın arxasında regiona iqtisadi təzyiqdən əlavə, növbəti hərbi hücumlar gizlənə bilər. Ukrayna hökuməti separatçılarla danışıqlar aparmalıdır", - Lavrov Moskvada siyasətçilərə bildirib.

Qeyd edək ki, Ukrayna və Qərb Rusiyanı Şərqi Ukraynaya qoşun və silah göndərməkdə ittiham edir. Kreml isə bu ittihamları inkar edir. Noyabrın 19-da Ukraynanın təhlükəsizlik şurası Rusiyanı qoşunları sərhəd yaxınlığına yerləşdirməkdə ittiham edib.

BMT-nin hesabatına görə, apreldə münaqişə başladıqdan indiyədək əksəriyyəti mülki şəxs olmaqla, 4000-dən çox  insan həlak olub.

Ştaynmayer Almaniya kansleri Angela Merkelin Avstraliyada G20 sammitində son dərəcə tənqidi çıxışından sonra gözlənilmədən Putinlə görüşüb. Bu isə alman mətbuatında koalisiya hökumətində parçalanma ilə bağlı fikirlərin yayılmasına səbəb olub. "Spiegel" jurnalında "2-ci dərəcəli kansler" başlıqlı məqalədə deyilir ki, görəsən Merkel və Ştaynmayer "yaxşı polis - pis polis" taktikasını seçiblər, yoxsa Rusiyaya qarşı birləşmiş ön cəbhənin cəhdləri puç olub? NATO standartlarına görə, Rusiyanı tənqid edən Almaniya münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib