SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
20 Noyabr 2014 | 11:21
Rusiya növbəti hücumlarla bağlı xəbərdarlıq edib
A
A
print
Baxılıb: 565

Noyabrın 19-da Rusiyanın xarici siyasət rəhbəri bildirib ki, Ukraynanın separatçıların əllərində olan bölgəyə büdcə ödənişlərini dayandırması növbəti hücumdan xəbər verir. Ayın əvvəlində Ukrayna rəsmiləri separatçıların əllərində olan bölgəyə 2,6 milyard dollarlıq dövlət yardımını dayandıracaqlarını bildirmişdilər. Bu isə buradakı acınacaqlı iqtisadi vəziyyəti daha da pisləşdirə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov parlamentə müraciətində bildirib ki, Kiyev məsələni silah gücü ilə həll etmək üçün növbəti hücuma başlaya bilər.

Ötən həftələrdə separatçıların əllərində olan bölgədə onlarla zirehli yük maşını, artilleriya və ağır texnikalar gözə çarpıb. Bu isə tezliklə hərbi əməliyyatların yenidən başlamasına narahatlıq yaradıb. Atəşkəs imzalansa da, hər gün davam edən atışmalar nəticəsində mülki vətəndaşlar və döyüşçülər həlak olur. Gərginliyin artmasından ehtiyat edən Ukrayna prezidenti Petro Poroşenko ayın əvvəlində hökumətin əlində olan bölgələrin müdafiəsi üçün şərq hissəyə əlavə qoşun göndərib.

Bu həftə ağır artilleriya zərbələri separatçıların nəzarətindəki ən böyük şəhərin - Donetskin əksər hissələrini təchiz edən su təmizləyici sistemi zədələyib. Noyabrın 19-da Donetsk hökuməti bildirib ki, qonşuluqda bir çox yerdə su kəsilib. Digər su ehtiyatları isə mərkəzi istilik sistemi üçün saxlanılıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib