SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Noyabr 2014 | 17:21
Poroşenko NATO-ya üzvlüyü referenduma çıxarır
A
A
print
Baxılıb: 426

Ukrayna prezidenti Petro Poroşenko noyabrın 24-də Litva prezidenti Dalia Qribauskayte ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü qərarı referendum yolu ilə qəbul ediləcək.

"NATO-ya qoşulmaq və qoşulmamaq qərarını yalnız Ukrayna xalqı verə bilər. Biz Ukraynanın NATO-ya üzvlük şərtlərinə cavab verməsi üçün işlər görürük. Yalnız bu şərtlərə cavab verdikdən sonra Ukrayna xalqı referendumda NATO-ya üzvlük haqda qərar verəcək", - Poroşenko deyib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna hələ daxili islahatların aparılması ilə məşğul olmalıdır və Alyansa üzvlüklə bağlı tələsik qərarlar "xeyirdən çox ziyan gətirə bilər".

Litva prezidenti Qribauskayte də öz növbəsində NATO-nun hərbi təşkilat olmadığını və bütün NATO üzvlərinin uzun demokratikləşmə yolunu keçdiyini və buna görə də Ukraynanın dərin islahatlar prosesindən keçməli olduğunu vurğulayıb. 

"Bu, həm sizin Avropa İttifaqı, həm də NATO üzvlüyünüz üçün keçərlidir. Siz konkret ölçülər götürdüyünüzü və ölkə daxilincə ciddi iş apardığınızı göstərə bilməlisiniz", - Litva prezidenti deyib.

Yekunda Dalia Qribauskayte əlavə edib ki, islahatlar aparan və yaxşılaşmağa doğru səylər göstərən ölkə üçün NATO-ya üzvlük perspektivi də açıq olacaq. Prezident xüsusilə vurğulayıb ki, "Heç bir ölkə Ukraynanın üzvlüyə müraciətini ləğv edə və Ukraynaya hansısa istiqaməti seçməyə məcbur edə bilməz, xüsusən də onun qonşuları".


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib