SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Noyabr 2014 | 10:22
Portuqaliyanın sabiq baş naziri hələ də həbsdədir
A
A
print
Baxılıb: 400

Noyabrın 23-də polis Portuqaliyanın sabiq sosialist baş naziri Joze Sokratı yenidən həbs kamerasına qaytarıb. Dəhşətli həbs və korrupsiya ilə bağlı istintaqdan sonra o, artıq kamerada 3-cü gününü keçirir. Məlumatı “Reuters” yayıb.

Cinayət işinə baxan hakim Karlos Aleksandr 57 yaşlı Sokratı noyabrın 22-23-də vergi dələduzluğu, korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaqla bağlı sorğuya çəkib. Sokratın vəkili Joao Araujonun sözlərinə görə, istintaq noyabrın 24-də də davam edəcək. “O, özünü çox əla, məndən də yaxşı hiss edir. Əhval-ruhiyyəsi yaxşıdır”, - yorğun Araujo deyib. O, Sokratın hər hansı cinayətdə ittiham olunması, yaxud hər hansı səhvə yol verməsi barədə danışmaqdan imtina edib. Korrupsiya ittihamına görə, baş nazirə 8 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Qeyd edək ki, Sokrat Lissabonda 2009-cu ildə açılışında iştirak etdiyi müasir ədliyyə düşərgəsində sorğuya çəkilib.

Portuqaliyada ilk dəfədir ki, demokratik tədbirlərə görə baş nazir həbs olunur. Ötən bir neçə ay ərzində başqa yüksək rütbəli vəzifəlilər və nüfuzlu şəxslər də sorğuya cəlb olunub. Ədliyyə sisteminin ləng inkişaf etdiyi Portuqaliyada ittihamçılar korrupsiyaya qarşı mübarizəni gücləndiriblər.

İstintaqın Sokratın 2005-2011-ci illərdə baş nazir olduğu vaxt başlayan “Markiz əməliyyatları” adlı istintaqla əlaqəsi olub-olmadığı aydın olmayıb.

Polis Parisdən gələn 57 yaşlı Sokratı noyabrın  21-də Lissabon hava limanında saxlayıb. Sokratla əlaqəsi olan başqa 3 nəfər də həbs olunub.

2011-ci ildə 2-ci 4 illik vəzifə müddəti başa çatmayan Sokrat baş nazir vəzifəsindən istefa vermişdi. Dərin borc böhranı onu beynəlxalq yardım proqramlarına müraciət etməyə məcbur etmişdi. Bu isə Portuqaliyada ciddi iqtisadi tədbirlərin həyata keçirilməsi ilə nəticələndi.

İctimai sorğularda mərkəz-sol partiyası öndə gələn sosialistlərin lideri Antonio Kosta bildirib ki, partiya Sokratın saxlanmasından şokdadır.

Noyabrın 23-də 2011-ci ildə hakimiyyətə gələn və mərkəz-sağ hakim koalisiyaya rəhbərlik edən baş nazir Pedro Passos Koelyo bildirib ki, bu, siyasi deyil, adi məsələdir. O, başqa şərh verməkdən imtina edib.

Hakimiyyətdən getdikdən sonra Sokrat Parisdə universitetlərin birində kursa daxil olmuşdu. 2013-cü ildə “RTP” dövlət telekanalında adi şərhçi işləmək üçün o geri qayıtmışdı.

Sokrat baş nazir olanda da bir neçə dəfə istintaqa cəlb olunub. 2002-ci ildə ticarət mərkəzinin tikintisinə icazə verərkən ekologiya naziri kimi vəzifəsindən sui-istifadə etməkdə ittiham olunurdu. O, səhv bir iş görmədiyini bildirərək heç bir rəsmi ittihamla üzləşməmişdi.

İttihamçılar ayrı-ayrı korrupsiya halları və vergi dələduzluğuna görə digər nüfuzlu şəxsləri də istintaqa cəlb ediblər. Onların arasında ölkənin immiqrasiya xidmətinin rəhbəri də var. Ötən həftə o, xarici varlı investorlara “qızıl viza” verilməsi ilə bağlı korrupsiya qalmaqalına görə saxlanılmışdı.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib