SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Noyabr 2014 | 11:30
Ukrayna və Polşa prezidentləri görüşəcəklər
A
A
print
Baxılıb: 568

Ukrayna prezidenti Petro Poroşenko gələn ay Polşaya səfər etməyi planlaşdırır. Polşa prezidenti Bronislav Komorovski isə Ukraynaya yanvarda səfər edəcək. Xəbəri “New Europe” yazır.

Prezidentlər səfərin vaxtlarını “məxmər inqilabı”nın 25-ci ildönümünü qeyd etmək üçün Bratislavada görüşdükdən sonra  elan ediblər. Onlar həmçinin ölkənin Avropaya inteqrasiyasını qeyd etmək üçün ayın sonunda birlikdə Moldovaya səfər edəcəklərini bildiriblər. Ötən həftə Aİ-Moldova “Assosiasiya Müqaviləsi” Avropa Parlamenti tərəfindən rəsmi olaraq təsdiqlənib.

Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, Moldovanın taleyi vacibdir. “Müvəffəqiyyətli islahatlar üçün Moldovanı müsbət nümunə göstərmək olar”, - o deyib. Poroşenko həmçinin böhran vaxtı ölkəsinə göstərdiyi köməyə görə Polşa hökumətinə təşəkkürünü bildirib.

Prezident Bronislav Komorovski isə bildirib ki, “Ukraynanın taleyi və ölkənin Qərbə inteqrasiyası bütövlükdə region üçün çox vacib bir məsələdir”.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib