SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
25 Noyabr 2014 | 10:15
Danimarka Fələstinin tanınması üçün səs verəcək
A
A
print
Baxılıb: 518

Danimarka parlamentariləri Fələstinin tanınması ilə bağlı qətnamə qəbul etmək üçün səs verəcəklər. Xarici işlər naziri isə bunun üçün münasib vaxtın seçilmədiyini bildirir. Bu barədə “EUobserver” xəbər verir.

Qətnamə 3 xırda solyönümlü partiya tərəfindən irəli sürülüb: “Qırmızı-yaşıl” koalisiyası, Sosialist Xalq Partiyası, Qrenlandiyanın “İnuit Ataqatigiit” Partiyası (Xalq Birliyi). “Parlament hökumətdən Fələstini 1967-ci ilədək olan sərhədləri çərçivəsində müstəqil və suveren dövlət kimi tanımağı və ölkə ilə tam diplomatik münasibətlər qurmağı tələb edir”, - qətnamə layihəsində deyilir.

Danimarka parlamenti dekabrın 11-də ilk müzakirələrə başlayacaq. Yanvarın əvvəlində isə yekun qətnamə layihəsi üzrə səsvermə keçiriləcək.

Təşəbbüsün arxasında dayanan parlamentari Holqer Nilsen qətnamənin qəbul ediləcəyini təsəvvürünə gətirmir. “Məncə, səs çoxluğu ilə qazanmayacağıq, lakin heç olmasa, yaxşı müzakirələr gedəcək. Qətnamə qəbul olunsa da, hökumət hüquqi cəhətdən bunu dərhal icra etməyə məcbur deyil. Buna baxmayaraq, siyasi baxımdan “Yox” demək də “qeyri-mümkün” olacaq”, - noyabrın 24-də Nilsen “EUobserver” agentliyinə bildirib.

Sabiq xarici işlər naziri Nilsen İsveçin Fələstini tanımasından sonra həvəsləndiklərini bildirib. “Aİ ölkələrinin Fələstini tanıması sülh danışıqlarının yenidən başlamasına yardımçı ola bilər. Bu addım danışıqlarda fələstinlilərin mövqeyini yaxşılaşdıra bilər. Ən azından qeyri-bərabərlik azaldılmış olar”, - o deyib.

Danimarkanın hazırkı xarici işlər naziri Martin Lideqard isə onunla razılaşmayıb. “Üzv ölkələrin mövqeləri (Fələstinin tanınması ilə bağlı) genişlənir. Hesab edirəm ki, sülh danışıqlarında nəticə əldə olunmadığı üçün bu işə yaraya bilər. Danimarka da Fələstini tanıyacaq, lakin münasib vaxt seçilməlidir”, - o deyib.

Lideqard bildirib ki, Aİ İsrailin yaşayış məntəqələri inşasına qarşı birgə tədbirlər görməlidir. “İsrail yolverilməz şəkildə qanunsuz tikililərin inşasına davam edir. Bununla da, faktiki olaraq “2 xalq üçün 2 dövlət” prinsipi ilə münaqişənin həllinə mane olur. Qanunsuz tikililərə qarşı növbəti addımlar Aİ-nin həmrəyiliyini və əslində münaqişənin həllinə təsir gücünü artıra bilər”, - o deyib.

İsrail isə öz növbəsində bildirib ki, yaşayış məntəqələrinin inşası sülh danışıqlarına mane olmamalıdır. Aİ ölkələrinin Fələstini tanıması sülh prosesinə mane olur.

İsrailin Aİ üzrə səfiri Vayler-Tal “EUobserver” xəbər agentliyinə deyib: “Hər 2 ölkə arasında birbaşa danışıqlar olmadan Fələstinin bu mərhələdə tanınması onları bir-birindən uzaqlaşdırır. Belə çıxır ki, danışıqlar əbəsdir. İsrail ictimaiyyəti hesab edir ki, bu, Aİ-nin imicinə xələl gətirir”.

Qeyd edək ki, Danimarka parlamenti Avropada oxşar səsvermələrin keçirildiyi vaxt belə bir qətnamə irəli sürüb. Britaniya, İrlandiya və İspaniya parlamentləri də ötən ay öz hökumətlərindən Fələstini tanımağı tələb etmişdilər. Noyabrın 27-də Avropa Parlamentində səsvermə keçiriləcək. Fransa parlamentariləri isə noyabrın 28-də və ya dekabrın 2-də səs verəcəklər.

Aİ diplomatlarından Eçoing Lideqard “EUobserver” xəbər agentliyinə bildirib ki, digər Aİ hökumətləri də İsveçin atdığı addımı atsalar, bunun elə də böyük təsiri olmayacaq. “1980-ci illərdə həyəcan daha çox idi. Ərafat (sonuncu Fələstin lideri) birtərəfli qaydada müstəqillik elan edəcəkləri ilə bağlı xəbərdarlıq edirdi. İndiyədək 130-dan çox ölkə Fələstini tanısa da, az şey dəyişib. Müstəqilliyin birtərəfli elan olunması ideyası artıq əhəmiyyətini itirib”, - diplomat bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib