SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
26 Noyabr 2014 | 10:12
Roma papası Avropa vətəndaşlarına müraciət edib
A
A
print
Baxılıb: 462

Noyabrın 25-də Papa Frensis əsasən insan ləyaqətinin qorunması ilə bağlı Avropa Parlamentinə rəsmi müraciət edib. İmmiqrasiya, ətraf mühitin qorunması, insan hüquqları və demokratiyanın ön plana çəkilməsi Papanın çıxışının əsas mövzusu olub. Bu barədə Avropa Parlamentinin rəsmi xəbər portalında məlumat verilir.

Parlamentin prezidenti Martin Şults bildirib ki, milli və Avropa səviyyəsində insanların siyasətə inamı dəhşətli dərəcədə itib. Heç bir qurum təkbaşına fəaliyyət göstərə bilməz. "Ona görə də itirilmiş etibarı yenidən qazanmaq üçün hamımız əməkdaşlıq etməliyik", - o deyib.

Şults tolerantlıq, hörmət, bərabərlik, həmrəylik və sülh dəyərlərinin önə çəkilməsində Aİ və Katolik kilsəsinin ümumi hədəflərini vurğulayıb. O bildirib ki, Aİ-nin məqsədi qarşıdurma, yaxud kimisə özündən kənarlaşdırmaq deyil, əksinə hamını əhatə etmək və əməkdaşlıqdır.

İnsan hüquqları və ləyaqət

"Mən bütün Avropa vətəndaşlarına ümid və cəsarət mesajımı çatdırmaq istəyirəm", - deyə Papa Frensis parlamentarilərə müraciət edib. O bildirib ki, II Dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasında insan ləyaqəti əsas rol oynayıb. İttifaq daxilində və üçüncü ölkələrlə münasibətdə insan hüquqlarının qorunması Aİ-nin insan ləyaqətinin təbliği üzrə götürdüyü öhdəliklərin əsasını təşkil edir.

"Bütün bunlar təqdirəlayiqdir. Avropa Parlamenti avropalılar üçün demokratiyanı təmin etməyə cavabdehdir. İri şirkətlərin maraqları naminə demokratiyanın məhvinə yol vermək olmaz. Artıq iş yerlərinin yaradılması ilə nəticələnən siyasətin vaxtıdır. Hər şeydən əvvəl münasib iş şəraiti yaratmaqla, əmək ləyaqəti bərpa olunmalıdır", - Papa Frensis deyib.

Ətraf mühit və miqrasiya

"Avropa həmişə ekologiya müdafiəsinin öncüllərindən olub. Ətraf mühitə hörmət - onu məhv etməmək, onu israf etməməklə ehtiyacı olanları yedizdirmək və başqa xoş məqsədlər üçün istifadə etmək deməkdir", - Papa vurğulayıb.

Papa Frensis həmçinin Aİ daxilində miqrasiya axınından da bəhs edib. "Aralıq dənizinin iri qəbiristanlığa çevrilməsinə yol verməməliyik. Qayıqla gələn insanları qəbul etmək və onlara yardım etmək lazımdır. Avropa immiqrasiya ilə bağlı problemlərin öhdəsindən yalnız öz mədəni mənsubiyyətinə sadiq qalaraq gələ bilər", - Papa deyib.

Qısa arayış

Şults 2013-cü il oktyabrın 11-də Vatikana rəsmi səfərində Papanı Avropa Parlamenti adından özü dəvət etmişdi. Bu, son 26 ildə Roma Papasının parlamentə ilk səfəridir. Sonuncu dəfə Berlin divarının sökülməsindən 1 il əvvəl - 1988-ci ildə Papa II Jan Paul parlamentə müraciət etmişdi.

Roma Papası Strasburqa saat 10:30 radələrində çatıb. Prezident Şults onu hər 2 himnin səsləndiyi və bayraqların ucaldığı bir mərasimlə qarşılayıb. Mərasimdən sonra Şults Papanı Avropa Parlamentinin bürosu və sədrlər konfransına təqdim edib. Papa daha sonra Aİ Şurasında səfərini davam etdirib.

Qeyd edək ki, Avropa Parlamenti Aİ-nin yeganə birbaşa seçkili və dünyanın ən demokratik qurumlarından biridir. Parlamentin 751 üzvü Aİ-nin 500 milyon vətəndaşını təmsil edir. Parlamentarilər hər 5 ildən bir 28 üzv ölkənin seçiciləri tərəfindən seçilirlər.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib