SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
26 Noyabr 2014 | 11:09
Almaniyada qadınlar üçün kvota müəyyənləşdirilib
A
A
print
Baxılıb: 515

Noyabrın 25-də Almaniya kansleri Angela Merkelin hakim koalisiyası yeni qanun layihəsi ilə bağlı razılığa gəlib. Belə ki, Almaniyanın siyahıdakı aparıcı şirkətləri 2016-cı ildən etibarən idarə heyəti istisna olmaqla, digər vəzifələrdə qadınlara 30% yer verməli olacaqlar. Bu barədə "Reuters" xəbər verir.

Avropanın ən güclü iqtisadiyyatı olan ölkənin rəhbəri, həmçinin kabinetin 40%-i qadınlardan ibarət olsa da, işgüzar həyatda qadınlar hələ də təzyiqlə üzləşirlər. DİW İqtisadi Araşdırmalar İnstitutu bildirir ki, Almaniyanın məşhur DAX indeksinə əsasən, iyunun sonunadək ölkənin 30 ən böyük şirkətində qadınların 7%-i idarə heyətlərində, 25%-i isə şirkətlərin nəzarət şuralarında çalışırlar.

Noyabrın 25-də Merkelin üçpartiyalı "iri koalisiyası"sının yüksək nümayəndələri qanun layihəsi ilə bağlı razılığa gəliblər. Bu qanun işçilərin nəzarət şuralarında təmsil olunduğu 100-dən çox şirkətə şamil olunacaq. Partiya rəsmiləri bildiriblər ki, 3500 orta şirkət idarə heyəti və nəzarət şurasında çalışacaq işçiləri özləri müəyyənləşdirəcəklər. Kabinetin gender qanununu gələn ay qəbul edəcəyi gözlənilir.

Mühafizəkar seçicilərin məsələyə münasibətləri fərqlidir. Merkel özü də əvvəllər hüquqi kvotalara etiraz etsə də, hazırda kiçik tərəfdaşı olan sosial-demokratların ideyasını dəstəkləyir.

Bu addım təkcə sağyönümlü mühafizəkarların tənqidi ilə deyil, BDİ sənaye assosiasiyasının da tənqidi ilə üzləşib. "Bizim hüquqi kvotlara tamamilə ehtiyacımız yoxdur", - BDİ rəhbəri Ulrih Qrillo bildirib.

2003-cü ildə Norveç gender kvotası tətbiq olunan ilk ölkələrdən idi. Həmin kvotaya görə, dövlət məhdud məsuliyyətli şirkətlərinin idarə heyətinin 40%-i qadın olmalı idi. Qeyd edək ki, Fransa, İspaniya və Hollandiya və digər ölkələr oxşar addımı atıblar. İsveçdə isə yeni hökuməti bildirib ki, şirkətlər növbəti 2 il ərzində addım atmasalar, idarə heyətlərinə daha çox qadına yer verilməsi üçün hökumət özü tədbir görəcək


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib