SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
26 Noyabr 2014 | 11:31
Fransa "mistral" tipli gəmilərin Rusiyaya çatdırılmasını təxirə salıb
A
A
print
Baxılıb: 469

Fransa prezidenti Fransua Olland mübahisəli hərbi gəmilərin Rusiyaya çatdırılmasını "növbəti xəbərdarlığa" qədər təxirə salıb. Qərarın qəbul olunmasına Şərqi Ukrayna böhranı səbəb olub.

Noyabrın 25-də Fransa prezidentinin icra aparatının yaydığı bəyanata görə, Fransua Olland ziddiyyətli müasir hərb gəmilərinin Rusiyaya çatdırılmasını təxirə salıb. "Respublika prezidenti hesab edir ki, Şərqi Ukraynadakı hazırkı vəziyyət ilk hərbi gəminin çatdırılmasına imkan vermir. Ona görə də prezident "növbəti xəbərdarlığa" qədər hərbi gəminin Rusiyaya çatdırılması üçün ixrac lisenziyasının verilməsini təxirə salıb", - bəyanatda deyilir.

2011-ci ildə imzalanmış 1,2 milyard avroluq müqavilə NATO ölkəsinin Rusiyaya ən böyük silah satışı ilə bağlı müqavilədir. Moskva noyabrın sonunadək vertolyot daşıyan "mistral" tipli gəmilərin Rusiyaya çatdırılmaması ilə bağlı Parisə dəfələrlə xəbərdarlıq edib. Hərbi gəmilərdən birincisinin ayın əvvəlində çatdırılması nəzərdə tutulmuşdu.

Hazırkı Ukrayna böhranı və Rusiyanın Qərblə münasibətlərinin qəfil korlandığı vaxtda Fransanın müttəfiqləri, xüsusən ABŞ ona təzyiq göstərir. Ona görə də Fransa ilk çatdırılmanı sentyabrda təxirə salmağa məcbur oldu.

Ötən həftə Rusiya Aİ-nin növbəti sanksiyalarından yaxa qurtarıb. İttifaqın xarici işlər nazirləri bildiriblər ki, ciddi sanksiyalardan çox, Moskva ilə yeni danışıqlarda maraqlıdırlar. BMT-nin son hesabatına görə, Şərqi Ukraynada rusyönümlü separatçılarla Ukrayna ordusu arasındakı münaqişədə indiyədək 4317-dən çox insan həlak olub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib