SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
28 Noyabr 2014 | 10:58
Aİ-dən Ukraynaya 55 milyon avroluq yardım
A
A
print
Baxılıb: 546

Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han və Ukraynanın iqtisadi inkişaf və ticarət naziri vəzifəsini icra edən Valeri Pyatnitski bu gün "Ukraynanın regional siyasətinə dəstək" adlı yeni proqramın maliyyələşməsi üçün müqavilə imzalayıblar. Bu proqram 55 milyon avroluq yardımla Ukraynanın desentralizasiya və regional siyasət islahatlarını dəstəkləyəcək. Aİ fondları bu il avqustun 6-da Ukrayna hökuməti tərəfindən qəbul olunan "2020-ci il dövlət regional inkişaf strategiyası"nın icrasını dəstəkləyəcəklər.

"Ukrayna ilə bağladığım ilk maliyyə müqaviləsi lap ürəyimdən olan məsələ ilə bağlıdır.
Aİ-nin sabiq regional siyasət komissarı kimi bu sahənin ölkənin inkişafı və rəqabətə davamlılığı üçün nə qədər vacib olduğunu bilirəm. Bu müqavilə ilə Aİ Ukraynanın desentralizasiya və regional siyasət islahatlarını dəstəkləyəcəyini bildirir. Aİ fondları Ukraynanın "2020-ci il dövlət regional inkişaf strategiyası"nın 3 hədəfinin hamısını - regionların rəqabətə davamlılığına, bölgələrdə sosial-iqtisadi birliyə, regional inkişafa effektiv nəzarəti dəstələyəcək", - komissar Han bildirib.

Ukraynanın regional siyasətinə dəstək regional siyasətlə bağlı qanunvericiliyin inkişafına səbəb olacaq. Yerli icra orqanlarının maliyyə müstəqilliyinə, regionların yüksək rəqabətə davamlılığına, bölgələrdə sosial-iqtisadi birliyin artmasına gətirib çıxaracaq. Bu fondlar üzrə Ukrayna dövlət büdcəsinə ödənişlər 2015-2018-ci illərdə 4 mərhələdə həyata keçiriləcək.

Qısa arayış

Ötən 6 ildə Aİ-Ukrayna əməkdaşlığında regional inkişaf prioritet məsələ olub. Aİ müxtəlif proqram və layihələrlə Ukraynada regional siyasətini dəstəkləyib. Aİ bunu büdcəyə dəstək, texniki yardım və üzv ölkə müdiriyyəti ilə "tvinning" əməkdaşlıq proqramı vasitəsilə həyata keçirib.

Regional siyasət Aİ-nin özündə də ən vacib siyasətlərdən biridir. Bu isə öz növbəsində infrastrukturların, iş yerlərinin yaradılması, innovasiya və müxtəlif Avropa regionları arasında uyğunsuzluğun azaldılması kimi sahələrdə real və mühüm nəticələrə səbəb olub. Regional siyasətin tərkib hissəsi kimi birlik siyasəti 2004-2007-ci illərdə qoşulan üzv ölkələr üçün əsas rol oynayıb.  Regional siyasət Aİ-nin 2014-cü il büdcəsinin 45%-ni əhatə edir.

Ətraflı məlumat üçün Aİ-nin Ukraynadakı nümayəndə heyətinin saytına baxın:

http://eeas.europa.eu/delegations/ukraine/


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib