SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
01 Dekabr 2014 | 10:12
"Mistral" tipli hərbi gəmidə oğurluq olub
A
A
print
Baxılıb: 524

Fransa hökuməti "mistral" tipli gəmilərdən texniki avadanlıqların oğurlanması ilə bağlı araşdırma aparır. Ukrayna böhranına görə sözügedən gəmilərin Rusiyaya çatdırılması təxirə salınmışdı. Xəbəri "Deutsche Welle" xəbər verir.

"Mistral" tipli vertolyot daşıyan hərbi gəminin 2 mərkəzi prosessorundan 2 kompüter sərt diski, ana plata və qrafik adapteri oğurlanıb. Rusiyaya çatdırılmalı olan bu gəmi hazırda Atlantik okeanının Sen-Nazer limanında inşa olunur.

Magistrat üzvü Fabien Bonnet bildirib ki, oğurluq "Sevastopol"un - Fransanın Rusiyaya çatdırmalı olduğu 2-ci "mistral" tipli gəmidə baş verib. İnşası başa çatmış "Vladivostok" gəmisi isə oktyabrda Rusiyaya çatdırılmalı idi. Ukrayna hadisələrinə görə bu təxirə salındı. Fransa prezident aparatı "növbəti xəbərdarlığadək" həmin gəminin çatdırılmasının təxirə salındığını bildirmişdi.

Bonnet bildirib ki, yoxa çıxan avadanlıqlar çox həssas avadanlıqlar deyil. Bu qurğular yalnız "Sevastopol"un içərisində işləmək üçün proqramlaşdırılıb. Kompüter avadanlıqları Fransanın iri "Thales Group" şirkəti tərəfindən quraşdırılıb.

Fransız təhqiqatçıları itmiş avadanlıqla bağlı noyabrın 28-dən istintaqa başlayıblar. Oğurluq noyabrın 25-də qeydə alınsa da, 1 həftə əvvəl baş verdiyi güman olunur. İlkin hesabata görə, heç bir oğurluq əlamətləri aşkar olunmayıb, avadanlığın itməsini heç cür izah etmək olmur.

"Təhqiqatçılar avadanlığın itdiyi vaxtı dəqiqləşdirəcəklər və inşa olunan gəmiyə həmin tarixdə kimlərin giriş icazəsi olduğunu araşdıracaqlar", - Bonnet bildirib.

Rusiya və Fransa 2011-ci ilin iyun ayında 2 hərbi gəminin satılması ilə  bağlı 1,2 milyard avroluq müqavilə imzalayıblar.  "Mistral" tipli gəmi 16 vertolyot, 4 desant gəmisi, 13 tank, 450 əsgər və tibbi avadanlıqlar daşıya bilir.

Rusiya müqavilə şərtlərinin pozulmasına görə kompensasiya tələb edəcəyi ilə bağlı xəbərdarlıq edib. "Biz səbrlə gözləyəcəyik, hələ ki heç bir şikayətimiz yxdur", - bu həftə son təxirəsalınma xəbərindən sonra müdafiə naziri Yuri Borisov bildirmişdi.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib