SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
03 Dekabr 2014 | 10:52
Fransa parlamenti Fələstini dövlət kimi tanımağa çağırır
A
A
print
Baxılıb: 489

Fransa parlamentinin aşağı palatası 151 səsə qarşı 339 səslə simvolik olaraq Fələstini dövlət kimi tanıyıb. Milli Assambleyanın dekabrın 2-də keçirdiyi səsvermədən sonra məsələ ilə bağlı fransız hökumətinə siyasi təzyiqin artacağı gözlənilir. Bu barədə "Əl-Cəzirə" xəbər verir.

Səsvermə hüquqi cəhətdən məcburi olmasa da, Paris əvvəllər "münasib vaxtda" Fələstini dövlət kimi tanıyacağını bildirmişdi. Bildirilirdi ki, Yaxın Şərqdə münaqişənin "iki xalq üçün iki dövlət" prinsipi ilə həllinə görə Fələstin dövlət kimi tanınmalıdır. Hakim sosialistlərin təqdim etdiyi sənəddə Fransa hökumətindən Fələstinin dövlət kimi tanınmasından münaqişənin qəti həlli üçün istifadə etmək tələb olunur.

Xatırladaq ki, oktyabrın 13-də Britaniya, noyabrın 18-də İspaniya parlamentariləri oxşar qətnamələr qəbul etmişdilər. Oktyabrın 30-da isə İsveç Fələstini dövlət kimi tanımışdı. Yəqin ki, bu addımlar İsrailin qəzəbinə səbəb olacaq.

"Qətnamə qəbul edildikdən 1 saat keçməmiş İsrailin Parisdəki səfirliyi bildirib: "İsrail hesab edir ki, Milli Assambleyanın səsverməsi İsrail və fələstinlilər arasında razılıq şansını azaldır".

"Əl-Cəzirə"nin Fələstin müxbiri Endryu Simmonsun sözlərinə görə, baş nazir Benjamin Netanyahu qətnamənin "böyük səhv" olduğunu bildirib.

 

Fələstin Fransa hökumətinə müraciət edib

Fələstin rəhbərliyi Fransa hökumətini parlament səsverməsinin nəticəsinə görə addım atmağa çağırıb. "Biz Fransa hökumətini parlament səsverməsini reallığa çevirməyə çağırırıq. İnsan ləyaqəti və ədalət naminə qətnamə qəbul etdikləri üçün Fransa parlamentarilərinə minnətdarlığımızı bildiririk. "İki xalq üçün iki dövlət" prinsipi ilə həllə dəstək boş vədlərdən ibarət olmamalıdır. Beynəlxalq ictimaiyyət üzvləri müstəqil Fələstin dövlətinin yaranmasında ciddidirlərsə, işğala son qoymaq və Fələstinin dövlət kimi tanınması üçün ciddi və konkret tədbirlər görməlidirlər", - Fələstin azadlıq təşkilatının lideri Hanan Eşravi bildirib.

Ötən həftə Fransanın xarici işlər naziri Loran Fabius parlamentarilərə bildirmişdi ki, BMT-nin Təhlükəsizlik Şurası sülh danışıqlarını yenidən başlamaq və yekunlaşdırmaq üçün qətnamə üzərində çalışır. "Ən çox vurğulanan məsələ 2 il vaxt verilməsidir, Fransa hökuməti bu müddətlə razılaşa bilər", - Fabius deyib.

O həmçinin bildirib ki, Fransa sülh prosesinin inkişafı üçün beynəlxalq danışıqlara ev sahibliyi edəcək. "Beynəlxalq konfrans təşkil oluna bilər. Fransa bu sahədə təşəbbüsü ələ almağa hazırlaşır. Bu danışıqlarda Fələstinin dövlət kimi tanınması münaqişənin qəti həlli üçün vasitə rolunu oynayacaq. Münaqişənin həlli üçün bu səylərimiz uğursuz olsa, onda Fransa öz üzərinə düşəni edərək Fələstini təxirəsalınmadan dövlət kimi tanıyacaq. Biz bu addımı atmağa hazırıq", - Fabius deyib. Buna baxmayaraq, o, Fələstinin rəsmən dövlət kimi tanınacağı son tarixi açıqlamayıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib