SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
05 Dekabr 2014 | 10:33
Fransa Somali quldurlarına kompensasiya verməlidir
A
A
print
Baxılıb: 476

Fransa Somali dəniz quldurlarını uzun müddət həbsdə saxlamaqla onlara mənəvi ziyan vurub. Ona görə də onların hər birinə 5000 avroyadək kompensasiya ödəməlidir.

Dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi Fransaya bildirib ki, saxlanmış Somali quldurlarının məhkəməyə gec çıxarılması yolverilməzdir. 2008-ci ildə Somali sahilində 2 fransız gəmisinə hücum etdiklərinə görə 8 dəniz qulduru saxlanılmışdı.

AİHM bildirib ki, Fransa hökuməti quldurları Fransa torpağına ayaq basan kimi məhkəməyə çıxarmaq əvəzinə, onları 48 saatdan artıq saxlamaqda səhv edib.

AİHM etiraf edib ki, həbs Fransadan 6000 kilometr uzaqda baş verib. Onların orada məhkəməyə çıxarılmadan uzun müddət saxlanılması üçün tam başqa “müstəsna şərait” olub. Buna baxmayaraq, quldurların Fransada 48 saatdan çox, bir qrupun demək olar ki 5 gün, digərinin isə 1 həftə dənizdə saxlanılması düzgün deyil. AİHM bildirib ki, bu qruplar Fransa ərazisinə gətirilən kimi “təxirə salınmadan” məhkəməyə çıxarılmalı idilər. Strasburq məhkəməsi fransız dilində dərc olunmuş qərarında bildirib ki, bunun gecikdirilməsi onların “azadlıq və təhlükəsizlik hüquqlarını”n pozulması deməkdir.

Mənəvi ziyana görə Fransa quldurlara 2000-5000 avro, bundan əlavə, məhkəmə xərcləri üçün 3000-6000 avro ödəməyə məcbur edilib.

2012-ci ilin sonunda Malayziyada qərarlaşan Beynəlxalq Dəniz Bürosu Somali sahilində dəniz quldurlarının hücumlarının azaldığını bildirmişdi. Bunun əsas səbəbi NATO-nun “Okean qalxanı” əməliyyatı və Aİ-nin yük nəqliyyatı üzrə hərbi donanmalarının bölgədə yerləşdirilməsi, eləcə də yük nəqliyyatı şirkətlərinin özlərinə xüsusi təhlükəsizlik komandaları tutması olub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib