SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
08 Dekabr 2014 | 10:15
Merkel: Aİ-Rusiya siyasəti Ukrayna üçün ən münasibidir
A
A
print
Baxılıb: 508

"Die Welt am Sonntag" qəzetinə müsahibəsində Almaniya kansleri Angela Merkel sələflərinin tənqidinə etiraz edib. O həmçinin Fransa və İtaliyada aparılan islahatların qənaətbəxş olmadığını bildirib.

Merkel Rusiya prezidenti Vladimir Putini Aİ-yə üzv olmaq və İttifaqla münasibətləri möhkəmləndirmək istəyən Şərqi Avropa ölkələrinə mane olmaqda ittiham edib. "Rusiya özləri müstəqil qərar verib, Aİ ilə Assosiasiya Müqaviləsi imzalayan Moldova, Gürcüstan və Ukraynaya çətinliklər yaradıb", - o deyib.

Merkel sağyönümlü qəzetin bazar günü buraxılışına bildirib: "Hesab edirəm ki, Avropanın Rusiyaya birgə reaksiya verməsi ona ən yaxşı cavabdır. Rusiya Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edən 1994-cü il Budapeşt Memorandumuna əsasən, götürdüyü öhdəliklərə əməl etmir".

Merkel sonra üzünü kansler sələflərinə tutub. Həmkarları - 1998-ci ildə vəzifədən gedən xristian-demokrat (CDU) Helmut Kol, 2005-də özünün əvəz etdiyi sosial-demokrat Gerhard Şröder bildirirlər ki, Almaniyanın Rusiya siyasəti Moskvanı təcrid edib. Hazırkı Bundestaq müxalifətini formalaşdıran 2 əsas partiya - "Yaşıllar" və sol partiya da Merkel koalisiyasının Rusiya siyasətini tənqid edib.

Ötən il payızda sabiq prezident Rusiyaya sığınmasaydı, Ukrayna Aİ ilə Assosiasiya Müqaviləsi imzalayacaqdı. Rejimə qarşı etirazlar Ukraynada vətəndaş müharibəsinə səbəb oldu. Rusiya Ukraynaya  məxsus Krım yarımadasını ələ keçirdi. Kiyev hökuməti, Aİ, ABŞ və beynəlxalq müşahidəçilər bildirirlər ki, Rusiya separatçılara silah və hərbi texnika ilə yardım göstərib.   

"Hələ də qənaətbəxş deyil"

İtaliya və Fransa dövlət büdcələrini qaydaya salmaq üçün Aİ-dən möhlət alıblar. Buna baxmayaraq, Merkel onların hər ikisinin maliyyə siyasətini tənqid edib. Fransa və İtaliyanın dövlət büdcəsinin tənzimlənməsi ilə bağlı müzakirələr Aİ Komissiyasında qruplaşmalar yaradıb. Alman rəsmiləri sözügedən ölkələri ciddi iqtisadi tədbirlər görməyə, öz öhdəliklərinə əməl etməyə çağırırlar.

"Aİ Komissiyasının təqviminə görə, Fransa və İtaliya artıq əlavə tədbirlərə keçid almalıdır. Hər 2 ölkə artıq islahat prosesinin tam ortasında olduğu üçün bunların vaxtıdır. Buna baxmayaraq, Aİ Komissiyası bu gün göz qabağında olan vəziyyətin qənaətbəxş olmadığını bildirib. Bu fikirlə mən də razıyam", - Merkel deyib.

Ötən ay öz büdcələrini qaydaya salmaq üçün Aİ Fransa, İtaliya və Belçikaya əlavə 3 ay vaxt vermişdi. Aİ-nin icraedici orqanı olan Aİ Komissiyası büdcə defisitinin azaldılmasında "məhdud irəliləyiş"inə istinad edərək Fransanı xüsusi tənqid etmişdi. Ölkənin büdcə defisiti 2015-ci ildə 4%-i keçə bilər. Bu isə Aİ-nin müəyyənləşdirdiyi 3%-lik həddən çoxdur.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib