SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
08 Dekabr 2014 | 10:44
Fransa yəhudi soyqırımına görə ABŞ-a 60 milyon dollar ödəyəcək
A
A
print
Baxılıb: 510

Fransa II Dünya müharibəsində SNCF dəmiryolu operatorunun daşıdığı soyqırım qurbanları və onların törəmələri üçün 60 milyon dollar kompensasiya ödəməlidir. Nasist ölüm düşərgəsinə aparılan əcnəbilərə kompensasiya vermək üçün fond yaradılacaq. Bu barədə “Radio France İnternationale” xəbər verir.

SNCF operatorunun ABŞ-dakı tender müqaviləsinə etiraz olaraq aksiyalar keçirilib. Nəticədə dekabrın 5-də Vaşinqton və Paris razılığa gəliblər. Dekabrın 8-də sənəd imzalanacaq. Fransa hökuməti əksəriyyəti ABŞ vətəndaşı olan şəxslərə kompensasiya ödəyəcək. Fonda Amerika hökumət orqanları nəzarət edəcəklər. Sağ qalan qurbanlara 100 min dollar, onların həyat yoldaşları və törəmələrinə isə bir neçə on min dollar kompensasiya veriləcək.

“Bütün müraciətlər qeydiyyata alındıqdan sonra kompensasiya ödənəcək şəxslərin siyahısı hazırlanacaq. SNCF operatoru 76 min yəhudini ölüm düşərgəsinə aparmaqla deportasiyanı həyata keçirməsə də, bunda iştirak edib. Ona görə də bu pulu Fransa hökuməti ödəməlidir”, – Fransanın insan hüquqları üzrə səfiri Patrisianna Sparasino-Tillay  deyib.

Xatırladaq ki, 1946-cı ildə Fransa qurbanları üçün kompensasiya nəzərdə tutulmuşdu. Buna baxmayaraq, 1939-cu ildə müharibə başlayandan sonra Fransaya gələnlər və immiqrasiya edənlər heç nə almadılar.

Yəhudi vətəndaşlarının hüquqları üzrə “ABŞ Böhtan Əleyhdarları” liqasından Abraham Foxman bildirib ki, “Bu  müqavilə qurbanların ağrısının az da olsa yüngülləşməsi və onların dərdinə şərik olunması deməkdir”.

SNCF operatoru əleyhinə aksiya keçirən “Holocaust Rail Justice”  (“Soyqırım Qurbanlarına Ədalət”) koalisiyası bildirib ki, sözügedən müqavilə ilə SNCF və Fransa hökuməti “soyqırım vəhşiliyinə şərik olduqlarını” etiraf ediblər.

Dəmiryolu şirkəti özünün soyqırım maarifləndirmə proqramı üçün əlavə 4 milyon dollar ödəyəcək. Müqavilə o deməkdir ki, SNCF artıq öz tenderlərini elan edə biləcək. Merilend ştatında kompensasiya tələbi ilə bağlı etirazlar isə əvvəl buna mane olurdu.

Müqavilənin qüvvəyə minməsi üçün Fransa parlamenti 1948-də qəbul etdiyi qanuna düzəliş etməlidir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib