SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
09 Dekabr 2014 | 10:50
Aİ-nin xarici siyasət rəhbəri Mogerini Türkiyədə səfərdədir
A
A
print
Baxılıb: 525

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti rəhbəri Federika Mogerini İŞİD və Rusiyanı müzakirə etmək üçün Türkiyəyə yollanıb. Onun səfəri Vladimir Putinin transkontinental ölkəyə səfərindən 1 həftə sonraya planlaşdırılıb.

Mogerininin məqsədi Türkiyə ilə münasibətləri inkişaf etdirmək, İŞİD əleyhinə mübarizə imkanlarını artırmaq, eləcə də Türkiyənin Rusiyaya qarşı münasibətinə aydınlıq gətirməkdir.

"Bu səfər Aİ-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini və bunu gücləndirmək niyyətimizi göstərir", - Mogerini mətbuat bəyanatında bildirib. Mogerinini Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han və humanitar yardım məsələləri üzrə komissar Kristos Staylianides müşayiət edir.

Mogerininin səfəri Aİ-nin Türkiyə ilə münasibətlərinin yeni başlanğıcı deməkdir. Avropa və Asiyanın güclü təsiri altında olan Türkiyə 2005-ci ildən İttifaqa qoşulmaq üçün danışıqlara başlayıb. Bəzi Aİ ölkələri müsəlman əksəriyyəti olan bu böyük ölkənin İttifaq üzvlüyünə qarşı çıxırlar. Həmçinin Kipr münaqişəsi də ölkənin 28 üzvlü İttifaqa qoşulmasına mane olur.

Aİ "Cənub Axını" layihəsinin Bolqarıstandan keçməsinə icazə vermədi. Nəticədə Rusiya prezidenti Vladimir Putin layihənin ləğv olunduğunu elan edib. Ona görə də Aİ indi Türkiyə ilə münasibətləri daha da möhkəmləndirməyə çalışır. Rusiya Türkiyə ilə ayrıca birləşdirici təbii qaz şəbəkəsinin inşası ilə bağlı razılığa gəlib. Separatçıları dəstəklədiyinə görə Aİ və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara Ankara qoşulmayıb.

Türkiyə İŞİD döyüşçülərinin Suriyaya keçidi üçün əsas tranzit zonadır. Ona görə də Mogerini və komandası eyni zamanda Ankara ilə strateji təhlükəsizlik əməkdaşlığını artırmaq niyyətindədir. İndiyədək 3000-ə yaxın avropalı regionda xilafət qurmaq istəyən İŞİD-ə qarşı mübarizə üçün İraq və Suriyaya keçib. Potensial əcnəbi döyüşçülərin müəyyənləşdirilməsi üçün Aİ ölkələrinin Türkiyənin köməyinə ehtiyacları var.

Dekabrın 8-9-da Aİ rəsmiləri mühüm məsələləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə müzakirə edəcəklər. Onlar həmçinin qaçqın düşərgəsinə baş çəkəcəklər. Aİ-nin humanitar yardım məsələləri üzrə komissarının bildirdiyinə görə, Türkiyədə İŞİD-dən və prezident Bəşər Əsəd rejimindən qaçan 1 milyona yaxın Suriya qaçqını var.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib