SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
09 Dekabr 2014 | 12:22
Kemeron İŞİD-lə bağlı Türkiyəyə gedir
A
A
print
Baxılıb: 520

Dekabrın 9-da Britaniyanın baş naziri Devid Kemeron prezident Rəcəb Tayyip Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edəcək. Kemeronun nümayəndəsi bildirib ki, baş nazir britaniyalıların İŞİD-ə qoşulmaq üçün Türkiyə sərhəddindən Suriya və İraqa keçməsinə mane olmağın yollarını müzakirə edəcək. Xəbəri "Reuters" yayıb.

Britaniya ötən ay indiyədək ən böyük milli təhlükəsizlik təhdidi ilə üz-üzə qaldığını bildirmişdi. Hökumət İŞİD-lə bərabər vuruşan britaniyalıların geri qayıdıb öz ölkələrində terror aktı törətməsindən narahatdır.

"Xüsusən regionda Suriya və İraq hadisələri, terrorizm əleyhinə mübarizə və İŞİD əsas müzakirə mövzusu olacaq. İnsanların terrorçuluğa qoşulmaq üçün Britaniyadan getməsi Türkiyə ilə münasibətlərimizin bir hissəsidir", - dekabrın 8-də Kemeronun nümayəndəsi bildirib.

Qeyd edək ki, 500-ə yaxın britaniyalı Türkiyə sərhəddindən sözügedən bölgələrə keçib. Bunların təxminən yarısının isə artıq Britaniyaya geri qayıtdığı güman olunur.

Nümayəndənin sözlərin görə, Kemeron Türkiyəyə çatan kimi baş nazir Əhməd Davudoğlu, axşam isə Ərdoğanla görüşəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib