SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
10 Dekabr 2014 | 11:56
Aİ Türkiyədəki Suriya qaçıqınlarına yardımı artırır
A
A
print
Baxılıb: 414

Türkiyədə qaçqınlara baş çəkən Mogerini və komissar Stylianides növbəti yardımın ayrılacağını elan ediblər. Bu barədə Avropa Komissiyasının rəsmi vebsaytında məlumat verilib.

Suriyadan qaçıb Türkiyədə sığınacaq axtaranların sayı getdikcə artır. Ona görə də Aİ Komissiyası Türkiyə və Suriya daxilindəki qaçqınlara yardım məqsədi ilə əlavə 10 milyon avro pul ayıracaq. Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Aİ Komissiyasının vitse-prezidenti Mogerini, humanitar yardım və böhran vəziyyətdə idarəetmə məsələləri üzrə komissar Kristos Stylianides Türkiyənin cənubunda Suriya ilə həmsərhəd Kilis şəhərində qaçqınlara baş çəkiblər. Onlar burada Aİ-nin qaçqınlar üçün ayırdığı yardımın paylanmasında iştirak ediblər. Aİ rəsmiləri həmin bölgəyə səfərdən sonra növbəti yardımın ayrılacağını elan ediblər.

Federika Mogerini: "Bu gün biz Suriya qaçqınlarına sığınacaq verən Suriya xalqına və Türkiyə icmalarına köməyi artırırıq. Avropa Türkiyəni qətiyyətlə dəstəkləyir. Aİ bu regional böhran və humanitar strategiyanın siyasi həllində sonadək iddialıdır. Ən çətin məqamda Suriya xalqı ilə həmrəy olub göstərdiyi yardıma görə Türkiyə hökuməti və xalqına dərin minnətdarlığımı bildirirəm. Ölkədəki qaçqın əhaliyə yardım göstərməyə davam edəcəyik. Elə buna görə də yardımı gücləndirəcəyik".

Aİ-nin yeni humanitar yardımında düşərgədən kənarda yaşayan qaçqınlara nağd pul, yeni gələnlərə maddi və səhiyyə yardımı nəzərdə tutulub.

Qısa arayış

Suriya böhranı başlandıqdan bəri Aİ Komissiyası Türkiyədəki qaçqınlara 187,5 milyon avro pul ayırıb. Başlanğıcda yardımın çox hissəsi düşərgələrdəki qaçqınlara ayrıldı. 2014-cü ildə qaçqınların əksəriyyəti düşərgələrdən kənarda olublar. Ona görə də bu il əsas diqqət ilk olaraq, düşərgələrdən kənardakı qaçqınlara, xüsusi hallarda yeni gələnlərə yönəldilib.

Aİ Komissiyasının Türkiyədəki humanitar yardım məsələləri üzrə ekspertləri Suriya böhranının mənfi təsirlərini müşahidə edirlər. Bunun sayəsində Aİ Komissiyası 2014-cü ilin əvvəlində Kobanidən sərhəddi keçən 200 min suriyalıya, eləcə də zorakılıqdan qaçan İraq qaçqınlarına vaxtında kömək göstərib.

Komissiyanın yardımı suriyalı uşaqlara ibtidai təhsili də əhatə edir. Aİ-nin Türkiyə üçün 2014-cü il fəaliyyət proqramı üzrə, xüsusən üzvlük öncəsi yardım (İPA) aləti vasitəsilə Suriya qaçqınlarının təhsilinə 9,9 milyon avro ayrılıb.

Türkiyə üçün növbəti 40 milyon avroluq İPA (üzvlüköncəsi yardım) proqramı hazırlanır. Məqsəd xidmətlərdən istifadəni artırmaq, yerli icmaların özünə gəlməsi, qaçqınların inteqrasiyasını asanlaşdırmaqdır. Yardım Türkiyə hökumətində miqrasiyaya nəzarət üzrə birbaşa potensialın yaradılmasına da yönələcək. Proqram orta müddətli 2016-2017-ci illərdə, qısa müddətli dövrdə 2015-ci ildə BMT-nin bəzi agentlikləri tərəfindən həyata keçiriləcək. BMT-nin inkişaf proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının köməyi ilə Aİ-nin stabillik aləti (İcSP) 17 milyon avroluq yardımı oxşar məsələlərin həllinə yönəldəcək.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib