SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
11 Dekabr 2014 | 13:21
Aİ liderləri Rusiyanı sanksiyalarla hədələyir
A
A
print
Baxılıb: 578

Sammitin ilkin nəticəsinə görə, Aİ liderləri Ukraynaya daha çox pul ayırmağa və Rusiyaya sanksiyaları artırmağa hazır olduqlarını bildiriblər. Bu barədə "EUobserver" xəbər verir.

Dekabrın 8-də razılaşdırılmış ilkin sənəddə Aİ ölkələrinin səfirləri  yeni Ukrayna hökumətini təbrik ediblər, həmçinin siyasi və iqtisadi islahatların icrası ilə bağlı ölkənin qətiyyətini alqışlayıblar.

Sənəddə bildirilir ki, bu yaxınlarda Aİ-nin ayırdığı 500 milyon avrodan əlavə, İttifaq və üzv ölkələr islahatlar prosesində Ukraynanı bundan sonra da dəstəkləməyə hazırdırlar. Həmçinin Şərqi Ukraynadakı vəziyyətin ciddi narahatlıq yaratdığı bildirilir. Hər 2 tərəfin 5 sentyabr atəşkəsinə əməl etməsi tələb olunur. Qeyd olunur ki, Aİ Şurası Rusiyaya sanksiyalarla bağlı növbəti addımları atmağa hazırdır. Aİ ölkələri 2014-cü ildə Aİ liderlərinin Brüsseldə sonuncu toplantısından 3 gün əvvəl, dekabrın 15-də Rusiyanın anneksasiya etdiyi Krıma investisiyaların qarşısını almağı planlaşdırırlar.

Noyabrın 27-də Ukraynada yeni hökumət formalaşdırılıb. Siyasi elitanın korrupsiya ilə bağlı daxildə və xaricdə narahatlığını azaltmaq üçün qeyri-adi addım atılıb. Amerikalı biznes qadınına, gürcü rəsmisinə və litvalı bankirə Ukrayna vətəndaşlığı verilib və müvafiq olaraq maliyyə, səhiyyə və iqtisadiyyat naziri təyin ediliblər. Anti-korrupsiya agentliyinin idarə olunması üçün gələcəkdə də əcnəbilərin işə götürülməsi planlaşdırılıb.

Bu yaxınlarda bildirilirdi ki, Aİ və Beynəlxalq Valyuta Fondunun (BVF) hazırkı böhran proqramları Ukraynanın müflisliyinin qarşısını almağa kifayət etmir. Müharibə iqtisadi azalmaya səbəb olub. BVF 17 milyard dollarlıq yardım paketindən 2016-cı ilə qədər olan dövr üçün indiyədək 8,2 milyard dollar, Aİ isə 1,6 avro yardım göstərib. Aİ rəsmiləri hesab edirlər ki, heç bir kəsrin qalmaması üçün əlavə 15 milyard dollar lazımdır. Bu isə növbəti 7 ildə İttifaqın Şərq Qonşuluğu proqramı üzrə 6 ölkəyə ayırdığı məbləğə bərabərdir.

Əcnəbilərin hökumətə gətirilməsinə elə də əhəmiyyət verilməyib. Rəsmilər bildiriblər ki, onlar Ukrayna prezidenti Petro Poroşenko və baş nazir Arseniy Yatsenyukla bir yerdə mübarizə aparacaq gücdə deyillər.

Aİ-nin sanksiyaları artırması ilə bağlı fikirlər Rusiyanın növbəti müəmmalı addımından sonra ortaya çıxıb. Dekabrın 9-da Ukrayna hərbi qüvvələri Şərqi Ukrayna münaqişə zonasında "sükut günü" nə riayət ediblər. Məqsəd atəşkəslə bağlı Rusiya və rusyönümlü separatçılarla bağlanan Minsk sazişini canlandırmaqdır.

Elə həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, "Sülh Rusiyanın işğal etdiyi Donetsk və Luqansk "respublikalarının" muxtariyyəti hesabına mümkündür. Kiyevin konstitusional prosesini (federalizasiya) apara bilməməsi artıq göz qabağındadır".

Lavrov həmçinin Almaniya kansleri Angela Merkelin Rusiyanı tənqidinə etiraz edib. "Alman həmkarlarımızın gördükləri işə rəğbətlə yanaşa bilmərik. Almaniya bir qayda olaraq Aİ-nin, bütövlükdə Qərbin Rusiya ilə münasibətləri baxımından konstruktiv rol oynayıb. Almaniya göstərişlər verməyə başlasa, bunu etməklə nə Avropa, nə də Almaniya heç nə qazanmayacaq", -  o deyib.

Həmin gün Rusiya separatçı bölgələrə növbəti humanitar yardım konvoyunu göndərəcəyini bildirib. Ukraynanın fevralda işğalından bəri bu artıq 9-cu konvoydur.

Sərt ifadələrə baxmayaraq, Almaniya və Aİ xarici fəaliyyət xidmətinin Rusiyanın geri çəkilməsi üçün növbəti təklif hazırladığı bildirilir. Litvalı mənbənin bildirdiyinə görə, təklifin əsasında Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqı və Aİ arasında ticarət danışıqları olacaq. Brüsseldə az bir qism hesab edir ki, Rusiyanın Ukraynaya müharibəsi Aİ-Ukrayna azad ticarət sazişi ilə bağlı ticari maraqlarına ziyan vurmur.

Aİ Rusiya ilə qeyri-bərabər qarşıdurmadadır: hərbi qüvvələrdən istifadə etmək istəmir; Ukraynanın Aİ üzvlüyünü təmin edəcəyi ilə bağlı heç bir müqavilə yoxdur; Avropada yeni iqtisadi böhran olmadan Rusiyadan təbii qaz alışını dayandırmaq olmur; təbliğat maşını Rusiyadakı kimi işləmir.

"Almaniyanın sərt mövqeyi adətən onun yumşaq davranacağını göstərir. Görəsən bununla Ukrayna, Gürcüstan və Moldova xalqına nə demək istəyirlər? yəni onların üstündən keçib törətdiklərinə görə Rusiyaya güzəşt edəcəyik?", - mənbə bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib