SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
11 Dekabr 2014 | 10:52
Afina bankı önündəki bomba zərərsizləşdirildi
A
A
print
Baxılıb: 428

Dekabrın 10-da yunan polisi Afina bankı önündəki bombanı zərərsizləşdirib. Hadisəni bank soyğunçuluğunda ittiham olunan gəncin tərəfdarları törədiblər. 

Polis bildirib ki, naməlum şəxs Agia Paraskevi qəsəbəsindən vaxt bombasının yerləşdirilməsi ilə bağlı dövlət orqanlarına xəbərdarlıq edib. Əraziyə mühafizə lenti çəkilərək qurğu nəzarət altında zərərsizləşdirilib.

Telefonla 30 dəqiqəlik xəbərdarlıq edən şəxs terror hücumunun noyabrın 10-dan aclıq edən anarxist Nikos Romanosa dəstək kimi törədildiyini bildirib. 1 aya yaxın aclıq aksiyası keçirən gənc biznes kurslarında iştirak etmək üçün buraxılmasını tələb edir. Hökumət orqanları Romanosun universitet kurslarına iştirak tələblərini rədd edirdilər. 21 yaşlı Romanos dekabrın 10-da artıq aclıq aksiyasını dayandırıb. Parlamentin qəbul etdiyi yeni qanuna görə, o artıq distant təhsil və elektron izləmə vasitələri ilə kurslarda iştirak edə biləcək.

Romanosun aclıq aksiyası solyönümlülər və anarxistlərin banklara və Afinada avtobuslara hücumuna səbəb olmuşdu. Romanos 2008-ci ildə polis gülləsindən ölən 15 yaşlı oğlanın yaxın dostu idi. Onun ölümü qəzəbli gənclərin həftələrlə sürən etirazına səbəb olmuşdu. Romanos həmin atışmanın şahidi idi. Ona görə də onun məsələsi hökumətin xüsusi diqqətini cəlb etdi. Ötən həftə Afinanın mərkəzində həmin hadisənin ildönümü ilə əlaqədar küçədə polislə etirazçılar arasında toqquşma 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib