SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
12 Dekabr 2014 | 14:00
Samaras avrozonadan çıxmaq təhlükəsi ilə bağlı xəbərdarlıq edir
A
A
print
Baxılıb: 405

Dekabrın 11-də Yunanıstanın baş naziri Antonis Samaras bildirib ki, hökumət formalaşmasa, borc böhranı yenidən təkrarlana bilər. Qeyd edək ki, bu ay keçirilən prezident seçkilərindən əvvəl Yunanıstanda gərginlik artıb.

Samarasın xəbərdarlığından sonra Yunanıstanın səhm və istiqraz itkiləri sürətlə artıb. Samaras əsas rəqibi və böhran proqramlarına qarşı çıxan "Syriza" partiyası əleyhinə sərt çıxışlar edir. O, prezident seçkilərində qanunvericilərin dəstəyini qazanmağa və erkən seçkilərdən yayınmağa çalışır.

Biz "Grexit" sözünü əcnəbilərin yadına salmamaq üçün  çox əziyyət çəkmişik, "Syriza" partiyası bunu bir də yada salır. Bütün qanunvericilər prezident seçkisinin, ya da xalqın istəmədiyi erkən seçkilərin keçirilməsinə qərar verməlidirlər. Erkən seçkilər ölkəmiz üçün və  bazar üçün dəhşətli nəticələrə səbəb ola bilər. Sorğular göstərir ki, prezident seçkiləri baş tutmasa, erkən seçkilərdə "Syriza" partiyası qalib gələ bilər. Xatırladaq ki, Samaras bu həftə Yunanıstanda prezident seçkilərinin 2 ay qabağa çəkmişdi.

"Syriza" partiyasına hesab edir ki, Samarasın çıxışı hökumətin prezident seçkisində lazımi 180 səsi toplaya bilməyəcəyini göstərir. "O hətta şirkətləri bazara hücum çəkməyə səsləməkdən çəkinmir. O hesab edir ki, avrozonadan çıxmaq məsələsini gündəmə gətirmək, böhrandan boğulan xalqı qorxuya sala bilər", - partiya bildirib.

Erkən seçkilərin keçirilməsinə qərar vermək çox risklidir. Müstəqil və xırda partiya qanunvericiləri Samarasın xalqı təhlükədən çıxaran aldadıcı siyasəti və ölkəni daha dərin böhrana sürükləyən erkən seçkilərin keçirilməsi ilə bağlı qeyri-müəyyənlikdə ilişib qalıblar.

Yunanıstandakı siyasi dəyişiklik investorları da artıq narahat edib. Dekabrın 11-də Yunanıstan istiqrazları 7% azalaraq, bu həftə 21%-ə düşüb. Son günlərdə borc xərcləri qəfil dəyişib, 10 illik faizlər yolverilməz 9% həddə çatıb.

Prezident seçkiləri dekabrın 17-dən başlayaraq 3 turda keçiriləcək və dekabrın 29-da ona çatacaq.  Samaras bildirib  ki, hökumət formalaşmasa, yanvarda erkən seçkilər keçiriləcək. "Yaxın günlərdə hamımız mühakimə olunacağıq. İnsanlar erkən seçki istəmirlər", - o deyib

Samaras söz verib ki, hökumət formalaşsa, böhrandan sonrakı keçid dövründə ölkəyə dəstək üçün Afina dərhal həllini gözləyən böhran təhlili proqramını tamamlayacaq. Kreditin ödəniş şərtlərinin yüngülləşdirilməsi, kreditorlarla ehtiyat kredit müqavilələrinin imzalanması ilə məşğul olacaq.

BVF Vaşinqtonda bir daha təsdiqləmişdi ki, Yunanıstan yerdə qalan fondları BVF-dən ehtiyat kredit kimi lazım olanda istifadə etməyi planlaşdırır. Dekabrın 10-da səhm hərracında Yunanıstanın gəliri 1,6 milyard avro olub. Samaras bildirib ki, Yunanıstan öz fond ehtiyaclarını fevralın sonunadək tamamlamalıdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib