SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
13 Dekabr 2014 | 12:09
Ukraynada atəşkəs 24 saatdır davam edir
A
A
print
Baxılıb: 420

Ukrayna prezidenti Petro Poroşenko 12 dekabr tarixli çıxışında bildirib ki, yeni atəşkəs 24 saatdan artıqdır davam edir. Bu haqda “France 24” xəbər verir.

“Bu gün mənim hər kəsə yaxşı xəbərlərim var. 7 aydan sonra nəhayət ki, bizdə 24 saatdan çox davam edən atəşkəs yaşandı. Bunun mənim üçün nə qədər önəmli olduğunu təsəvvür edə bilməzsiniz. İlk gecə idi ki, mən hər hansı bir Ukrayna əsgərinin yaralanma və ya ölüm xəbərini almadım”, - deyə Poroşenko Avstraliyada çıxışı zamanı bildirib.

BMT-nin hesabatına görə, Ukrayna və separatçılar arasında davam edən müharibədə artıq 4.300 nəfər həlak olub. Ukraynanın hərbi sözçüsünün məlumatına əsasən, bir gün öncə 3 əsgər həlak olmuş, 8 nəfər isə yaralanmışdı.

Lakin Poroşenko son 24 saatın itkisiz keçməsinin çox önəmli və əhəmiyyətli olduğunu vurğulayıb. Ukrayna prezidenti sevincli olsa da, atəşkəsin yalnız bir gün olmasını da qeyd edib. “Bu günlərdə hər şey çox həssasdır. Lakin dua edirəm ki, atəşkəs davam etsin. Və biz birləşsək, qalib gələcəyik. Mən qalibiyyətin müharibə yolu ilə deyil, sülh yolu ilə əldə olunmasının tərəfdarıyam”, - deyə əlavə edib.

“Biz Krımı da geri qaytaracağıq”

Poroşenko baş verənlərin yalnız onun ölkəsinə deyil, eləcə də bütün dünyaya aid olduğunu söyləyib: “Ukrayna səmasında vurulan MH-17 təyyarəsinin 298 nəfər sərnişin heyətinin 38-i Avstraliyadan idi. Bu, bizə dünyanın necə kiçik bir yer olduğunu göstərdi. Sülh və əmin-amanlığın hər kəsə vacib olmasını sübut etdi.”

Qeyd edək ki, Qərb hələ də bu təyyarənin Rusiyadan alınan silahlar vasitəsi ilə vurulduğunu iddia edir. Rəsmi Moskva isə israrla ittihamları təkzib edir.

Krımın işğalı haqda sual veriləndə, Poroşenko “Mən əminliklə deyirəm ki, Krım Ukrayna torpağıdır və bizə geri qaytarılacaq. Krımın işğalı beynəlxalq hüquq normalarını pozdu və günahkar buna görə cavab verəcək. Baxmayaraq ki, Ukayna Putin üçün emosional məsələdir və ona görə mən müharibədə qalib gəlmək kəlməsini işlətmirəm, lakin “biz sülhdə qalib gələcəyik”, - deyə qeyd edib.

Poroşenko çıxışından sonra ukraynalı həmvətənlərindən böyük dəstək görüb. Ukraynalı dəstəkçilərdən biri Aleksandra Krasnova AFP-yə müsahibəsində Ukraynanın bu gün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə sevindiklərini və qələbənin onların olacağına inandıqlarını söyləyib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib