SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
14 Dekabr 2014 | 12:10
Fransa 2015-ci ildə yeni ölüm qanununu müzakirə edəcək
A
A
print
Baxılıb: 567

Fransa prezidenti Fransua Olland 2015-ci ilin yanvarında parlamentdə yeni ölüm qanunu ilə bağlı müzakirənin aparılacağını deyib. Bu haqda “France 24” yazır.

Qeyd edək ki, Fransada 10 nəfərdən 9-u könüllü evtanaziyanın lehinədir. Olland bu məsələnin müzakirəsinə 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürərkən söz vermişdi.

Lakin Fransa prezidentinin qorxusu ötən il eynicinsli nigahlara verilən icazə ilə əlaqəli etirazların yenidən təkrarlanmasıdır. Belə ki, katolik kilsəsi yeni ölüm qanununun əleyhinədir.

Qeyd edək ki, iki Fransa parlamenti nümayəndələri Alain Kleys və Jan Leonetti qanunun yenidən müzakirəsi üçün Ollanda müraciət etmişdilər.

Ötən ay yeni qanunun müzakirəsi ilə bağlı çıxışında Olland öz anasının illər öncə çəkdiyi əziyyətdən də söz açmışdı.

Evtanaziyanın lehinə olan qruplar yeni qanunun çox az imkanlar yaratdığını, əleyhinə olan qruplar isə intihara yol açdığını söyləyirlər.

“Əgər qanun qəbul edilsə, daha sonra nələrin baş verəcəyinə əmin deyilik”, - deyə Elene Vikard (“Ölümdən ehtiyatlı olaq” kampaniyasının yaradıcısı) bildirib.

“Biz bu qanunu qəbul etdik dedikdə, kiminsə depressiyadan ölümə getməsinə, ya hər hansı uşağın xoş olmayan həyata görə həyatını sonlandırmağa icazə verəcəyimiz anlamına gəlmir”, - deyə qarşı tərəfin sözçüsü qeyd edib.

Evtanaziya 3 Avropa ölkəsi – Niderland, Belçika və Lüksemburq Krallıqlarında qanuniləşdirilib. Digər ölkələr, xüsusi ilə İsveçrədə isə insanlara ölüm ilə bağlı bəzi yardımların edilməsinə icazə var.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib