SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
14 Dekabr 2014 | 12:43
Rusiya hərbi təyyarəsi sərnişin təyyarəsi ilə toqquşa bilərdi
A
A
print
Baxılıb: 472

Rusiya hərbi aktivliyini artırır. İsveç Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbi təyyarəsi sərnişin təyyarəsi ilə toqquşa bilərdi. Bu haqda “Deutsche Welle” yazır.

Hadisə dekabrın 13-də Kopenhagen hava limanından Malmö hava limanına hərəkət edən sərnişin təyyarəsinin ətrafında baş verib. İsveç Müdafiə Nazirliyinin sözçüsü Yohannes Hellqvist AFP-yə müsahibəsində bildirib ki, hərbi təyyarənin Rusiya təyyarəsi olduğuna əmindirlər.

İsveç Hərbi Hava Qüvvələrinin sədri, general Mikael Biden Rusiya təyyarəsinin radarda görünmə siqnalını əvvəlcədən söndürdüyünü söyləyib.

İsveç müdafiə naziri Peter Hultqvist isə məsələ ilə əlaqəli “Bu, çox təhlükəli haldır. Bizi həddindən artıq narahat etdi”, - deyə bildirib.

Bu hadisə Rusiyanın törətdiyi ilk hal deyil - oxşar hadisə mart ayında da baş vermişdi. O zaman Rusiya təyyarəsi Skandinaviya təyyarəsinin 100 metr yaxınlığından keçmişdi.

Artan Rusiya hərbi aktivliyi

Avropa Ukrayna məsələsinə görə Rusiyanın hərbi aktivliyinin artdığını deyir.

Polşa müdafiə naziri Tomaş Simoniak ”Bir neçə gün öncə Rusiya Baltik dənizi sahillərində də hərbi aktivlik nümyiş etdirdi. Lakin bu, bizim üçün təhlükə deyil”, - deyə bildirib.

Qeyd edək ki, Rusiya Şimali Amerika sularına hərbi qüvvə göndərməyi planlaşdırır. Bu haqda Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Oktyabrın sonunda NATO-nun hesabatında bildirilir ki, 24 saat ərzində Rusiya hərbi qüvvələri 26 dəfə NATO sərhədlərini pozub.

“Təhlükəli oyunlar”

Avropa Liderlik Cəmiyyətinin hesabatına əsasən, Rusiya və Qərb arasında münasibətlər daha gərgin vəziyyətə gəlib çatıb. Hesabatda Rusiya tərəfindən təhlükə yaradan 45 hadisənin baş verdiyi göstərilib. Bu rəqəmin tərkibində 3 çox təhlükəli və 11 təhlükəli hadisə yer alıb.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib