SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
15 Dekabr 2014 | 13:24
Paris və Berlin Poroşenkonu islahatların icrasına çağırıb
A
A
print
Baxılıb: 451

Dekabrın 14-də Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Ukrayna lideri Petro Poroşenkonu islahatların icrasına çağırıb. Merkelin nümayəndəsi Şteffen Zaybertin sözlərinə görə, hər 2 lider telefonda Poroşenkodan "planlaşdırılmış kəskin islahatların icrasını" tələb edib. Zaybert bildirib ki, yalnız bu yolla iqtisadiyyatı bərpa etmək və zəruri beynəlxalq maliyyə yardımlarını artırmaq olar.

Ötən həftə Ukrayna parlamenti yeni hökumətin ciddi islahatlarla bağlı iqtisadi proqramını təsdiqlədi. Proqram BVF və digər donorlardan milyardlarla dollar maliyyə yardımı əldə etməyə yönəlib. Baş nazir Arseniy Yatsenyukun hazırladığı proqramda vergi sistemində islahatlar, enerji rüsumlarının qaldırılması, dövlət şirkətlərinin özəlləşdirilməsi nəzərdə tutulub. Məqsəd Ukraynanı müflisliyə gətirib çıxaran korrupsiya ilə mübarizə aparmaqdır.

Poroşenko Merkel və Ollanda bildirib ki, ötən həftəki atəşkəsdən bəri Şərqi Ukraynada rusyönümlü separatçılarla münaqişədə ölüm halları olmayıb. Buna baxmayaraq, atəşkəsin bəzi şərtləri pozulub. Hər 3 lider etiraf edib ki, sentyabrda Minskdə bağlanmış atəşkəs Ukrayna böhranının davamı həlli üçün yeganə yoldur.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib