SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
16 Dekabr 2014 | 11:20
Olland immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edib
Sébastien Calvet
A
A
print
Baxılıb: 641

Dekabrın 15-də Olland immiqrasiyanı məhdudlaşdırmaq üçün Aİ-nin sərbəst yerdəyişmə qaydalarını pozmaq istəyən Avropa liderlərinə xəbərdarlıq edib. Bu, 2012-ci ildə vəzifəyə gələndən sonra immiqrasiya ilə bağlı prezidentin ilk çıxışı olub. Fransanın sosialist prezidenti bildirib ki, ölkəsi immiqrasiya ilə bağlı son vaxtlar Avropada artan və “qorxu mühiti” yaradan “mənfi meyllərə” qarşı çıxacaq. Bu isə Avropa daxilində ciddi sərhəd nəzarəti qurmaq istəyənlərlə mübarizə deməkdir.

“Sərbəst yerdəyişmə prinsipi müdafiə olunmalıdır. Əcnəbilər həmişə fransızların işini əlindən almaq, daim sosial müavinətlərdən faydalanmaq kimi hər cür pis işlərdə günahlandırılır. Halbuki, araşdırmalar göstərir ki, onlar ölkəyə aldıqları müavinətdən çox fayda verirlər”, - Paris tarix muzeyinin açılış mərasimində Olland bildirib.

Xatırladaq ki, Ollanddan əvvəl Aİ Komissiyasının prezidenti Jan-Klod Yunker Kemeronun miqrasiya ilə bağlı planlarını tənqid etmişdi. Kemeron təklif edirdi ki, Avropa miqrantları müavinət almaq, yaxud bələdiyyə mənzili ilə təmin olunmaq üçün 4 il gözləməli, 6 ay ərzində iş tapmayan əcnəbilər isə deportasiya olunmalıdırlar. “İşçilərin əsas sərbəst yerdəyişmə prinsipi sual altında qalmamalıdır. Belə olan halda, Britaniya bilməlidir ki, bir gün kapitalın sərbəst yerdəyişməsi də sual altında qala bilər”, - Yunker deyib.

Ollandın çıxışı 2007-ci ildə inşa olunmuş muzeydə olub. Sabiq prezident Nikola Sarkozi heç vaxt onun rəsmi açılışını elan etməmişdi. Bir vaxtlar Ollandın mərkəz-sağ sələfi qaçqın miqrantlarla bağlı sərt mövqeyinə görə Aİ-nin tənqidinə tuş gəlmişdi. “Mən Fransanın miqrasiya siyasətinə inanıram. Miqrasiya siyasəti Aİ qaydalarına uyğun olmalıdır. Aİ öz xarici sərhədlərinə nəzarət sahəsində çox iş görməlidir”, - Olland deyib.

Fransanın “neo-irticaçı” qüvvələri iddia edirlər ki, nəzarətsiz miqrasiya Fransanın “yoxa çıxmasına” səbəb ola bilər. Radikal-sağ “Milli Cəbhə” partiyasının gücləndiyi bir vaxtda Olland fransızlara müraciət edib və bildirib ki, bu cür “qorxu mühiti”nin yaradılmasına imkan vermək olmaz. “Fransa Respublikası kimlərinsə mənşəyindən çox, ortaq layihələrə sadiqlik deməkdir”, - o deyib.

Sarkozinin yaxın müttəfiqi, UMP partiyasından Bris Ortefyö isə ölkəyə gələn əcnəbilərin sayının hər il artmasına görə Fransa prezidentini günahlandırıb. 

““İmmiqrasiya” muzeyinin açılışındansa yaxşı olardı ki, Fransua Olland immiqrasiya əleyhinə mübarizə aparsın. Bu, bizim iqtisadi, sosial və mədəni “monumental” problemimizdir”, - “Milli Cəbhə” partiyasının vitse-prezidenti Florian Filippot rişxəndlə bildirib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib