SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
17 Dekabr 2014 | 10:09
Gürcüstan və Ukrayna Aİ ilə vizasız rejimə keçə bilər
UN Geneva
A
A
print
Baxılıb: 557

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib ki, Aİ gələn ildən gürcü və ukraynalıların şengen zonasına vizasız girişinə icazə verə bilər.

Dekabrın 16-da Rinkeviçs RFE/RL agentliyinə bildirib ki, gələn il mayda Riqada keçiriləcək Şərqlə Tərəfdaşlıq sammitində Ukrayna və Gürcüstan Aİ ilə vizasız rejimə keçid şansı əldə edə bilər. "Hesab edirəm ki, viza rejiminin sadələşdirilməsi proqramı azı bir və ya daha çox Şərq tərəfdaşına təqdim olunacaq. Ukrayna sırf texniki səbəblərə görə bunun üçün gecikir", - Rinkeviçs deyib. Qeyd edək ki, 2015-ci ilin yanvarından Aİ Şurasına Latviya sədrlik edəcək.

Vizasız səfərə nail olmaq üçün ölkələr məhkəmə sahəsində Aİ ilə əməkdaşlıq və bir sıra islahatlar aparmalıdırlar. Moldovalılar şengen zonasına apreldə keçiblər. Aİ-nin 28 üzvündən 22-si, qeyri-Aİ ölkələrindən İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə bu zonaya qoşulub.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib