SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
18 Dekabr 2014 | 11:35
Aİ liderləri investisiya planının müzakirəsinə hazırlaşır
A
A
print
Baxılıb: 475

Aİ liderləri İttifaqın inkişafını canlandırmaq üçün Brüssel sammitində ambisiyalı investisiya planını müzakirə edəcəklər. Aİ Komissiyasının prezidenti Jan-Klod Yunker 315 milyard avroluq özəl investisiyanı infrastruktur layihələrə yönəldilməsini təklif edir. 2 günlük sammitin gündəliyində Rusiya da yer alacaq. Rusiyaya növbəti sanksiyaların müzakirə olunacağı gözlənilir.

BBC müxbiri bildirir ki, yeni sanksiyalar ümumilikdə məhdud olacaq, lakin Aİ-nin Ukrayna ilə bağlı qətiyyətli mövqeyini göstərəcək. Aİ-dən Rusiyanın martda anneksasiya etdiyi Krıma investisiya və maliyyə axınının qarşısı alınacaq. Sanksiyalar Rusiyanın Qara dənizdə neft-qaz kəşfiyyatlarını da əhatə edəcək.

Qeyd edək ki, Aİ və ABŞ Krımda və Şərqi Ukraynada törətdiklərinə görə Rusiyaya sanksiyaları artırıb. Şərqi Ukraynada rusyönümlü separatçılar Kiyev hökumətinə tabe olmaqdan boyun qaçırırlar.

İnfrastruktur layihələr

Britaniya rəsmiləri bildirir ki, Birləşmiş Krallıq Yunkerin investisiya planını dəstəkləyir. Buna baxmayaraq, Aİ-nin iqtisadiyyatının inkişafı üçün Kemeronun başqa yollar təklif edəcəyi gözlənilir. Aİ rəsmiləri bildirirlər ki, planı çoxları dəstəkləyir, lakin bəzi təfərrüatlar hələ müzakirə olunmalıdır. Rəsmilər iyunadək yeni investisiya fondu üçün hüquqi strukturun yaradılmasını istəyirlər. Özəl investorlara zəmanət məqsədi daşıyan fonda Avropa İnvestisiya Bankı (EİB) nəzarət edəcək. Polşanın sabiq baş naziri Donald Tusk, Aİ Şurasının prezidenti kimi özünün ilk Aİ sammitinə sədrlik edəcək.

Yeni iş yerləri

Aİ-də nəqliyyat və enerji şəbəkələrinin, eləcə də məktəb, xəstəxana və genişzolaqlı şəbəkələrin təkmilləşdirilməsinə ehtiyac var. Aİ-nin 28 üzv ölkəsi artıq potensial layihələr üçün 1,3 trilyon avroluq paketi təsdiqləyib. Bunların arasında tələblərə cavab verməyən layihələr də var. Layihə 100% dövlət tərəfindən maliyyələşməməli, özəl və dövlət sektorunun əməkdaşlığı olmalıdır.

Aİ Komissiyası bildirir ki, investisiyalar İttifaqda 1,3 milyon yeni iş yeri yaradacaq. Buna baxmayaraq, Aİ-də büdcə defisitinin ağır problem olduğu bir vaxtda, Aİ paytaxtlarını iri layihələrə yönəltmək çətin ola bilər


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib