SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
19 Dekabr 2014 | 10:50
Mistral gəmisində təlim keçən ruslar "Fransanı tərk edir"
A
A
print
Baxılıb: 494

“Mistral” gəmisində təlim keçən ruslar Fransanın Sen-Nazer limanını gəmisiz tərk ediblər. Aylardır ki, NATO-nun təzyiqindən sonra Parisin vertolyot daşıyıcı gəmini Moskvaya çatdırmasıyla bağlı müxtəlif fikirlər səslənir. Bu barədə “France 24” xəbər verir.

Fransa mətbuatı bildirir ki, dekabrın 18-də Fransanın inşa etdiyi “Mistral” gəmisində təlim keçən 400 matros başqa bir gəmi ilə qərbdəki limanı tərk edib. Fransanın Rusiya ilə müqaviləni nə vaxtsa icra edib-etməyəcəyi yenə də sual altındadır.

Onların “Smolny” gəmisi günorta saat 12-dən az sonra güman ki, Rusiyaya yola düşüb. Matroslar iyun ayından digər mistral tipli vertolyot daşıyıcı "Vladivostok" gəmisində təlim keçirdilər. Hər 2 gəmi 2011-ci ildə Rusiya ilə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə əsasən, rus donanması üçün hazırlanıb. Sözügedən müqavilə ilə bağlı aylardır ki, müzakirələr gedir. Rusiyanın Ukraynada törətdiklərinə görə NATO müttəfiqləri Parisə təzyiq göstərir və gəmiləri çatdırmamağı tələb edirlər.

Bundan əlavə, prezident Fransua Olland Ukraynada inkişaf olmadığını əsas gətirərək hər 2 gəminin çatdırılmasını “növbəti xəbərdarlığa” qədər təxirə salıb. Moskva isə ölkənin şərqində rusyönümlü separatçıları silahlandırmaqda ittiham olunur.

Rusiya xəbərdarlıq edib

Fransanın müdafiə naziri Jan İv Le Drian bildirib ki, gəmilər ola bilsin ki, heç vaxt çatdırılmaya da bilər. Rusiya isə xəbərdarlıq edib ki, Fransa sözünün üstündə durmasa, bunun nəticəsi pis ola bilər. Ötən ay müdafiə nazirinin müavini Yuro Borisov İTAR-TASS xəbər agentliyinə bildirib ki, Fransa sonda müqavilənin şərtlərini pozsa, Rusiya məhkəməyə müraciət edib, cərimələr tətbiq edəcək.

“Mistral” gəmiləri Fransa hərbi-dəniz sənayesinin tacıdır. Fransa donanmasında bu gəmiləri "isveç cib bıçağı" da adlandırırlar. Bu gəmilər 12 hücum vertolyotu, 60 zirehli nəqliyyat vasitəsi və 12 tank daşıya bilir. Gəmiyə həmçinin 700 əsgər və bütöv bir qospital sığır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib