SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
22 Dekabr 2014 | 10:18
Basklar ölkəsi ETA qrupunun tərk-silah olunması üçün plan təklif edib
A
A
print
Baxılıb: 464

Dekabrın 21-də regional Bask hökuməti ETA qrupunun tərk-silah olunması ilə bağlı öz planlarını açıqlayıb. Separatçı qrup zorakı mübarizəyə 3 ildir ki, son qoyub. İspan hökumətinin buna reaksiya verməməsi isə narazılığa səbəb olub. Bu barədə "France 24" xəbər verir.

"ETA qrupunun dərhal, nəzarət altında və effektiv tərk-silahı üçün konkret təklif verməyin vaxtıdır", - regional hökumətin bəyanatında bildirilir. Basklar ölkəsi parlamentinin dəstəklədiyi Bask hökuməti bunun üçün komissiya təşkil olunmasını təklif edib. ETA qrupu silah-sursatın dəqiq yeri və vəziyyəti haqqında bu komissiyaya informasiya verəcək. 

"Silahların nəzarətsiz, yaxud siyahısız möhürlənməsinin mənası yoxdur", - Bask Milliyyətçi Partiyasının (PNV) idarə etdiyi Bask hökuməti bildirib. Qeyd olunur ki, ETA-nın müstəqillik uğrunda zorakı mübarizəsinə son qoymaq məqsədilə qrupla birbaşa dialoq aparmaqla regional hökumət "Bask cəmiyyətinin əksəriyyətinin arzusunu" yerinə yetirmiş olacaq.

ETA qrupu İspaniyanın şimalı və Fransanın cənub-qərbində Basklar ölkəsinin müstəqilliyi uğrunda apardığı 40 illik mübarizədə 829 nəfəri öldürməkdə təqsirləndirilir. İspaniya da Fransa kimi qrupla danışıqlardan həmişə imtina edib və bildirib ki, ETA rəsmi olaraq tərk-silah olunmalı və qrup qeyd-şərtsiz ləğv olunmalıdır. Basklar ölkəsi Madridin reaksiya verməməsindən məyusluğunu bildirib. Regional hökumət ETA ilə danışıqlar aparılması və qrupun tərk-silahı üçün baş nazir Mariano Rajoyun mühafizəkar hökumətinə dəfələrlə müraciət edib.

Dekabrın 21-də beynəlxalq münaqişələrin həlli üzrə ekspertlərdən ibarət Beynəlxalq Yoxlama Komissiyası (CİV) ETA-nın tərk-silah səylərində irəliləyiş olduğunu bildirib. İspan hökuməti komissiyanın (CİV) ETA-nın ötən martda elan etdiyi tərk-silah proqramını yoxlamasını qəbul etməmişdi. Beynəlxalq Yoxlama Komissiyası (CİV) ETA-nın
silah-sursatı təhvil verdiyini və onları möhürlənmiş anbarlara yığdığını sübut edən materiallar əldə etdiyini bildirib.

Xatırladaq ki, martda ETA-nın tərk-silah proqramına heç bir əhəmiyyət verilmədi. Bundan sonra qrup iyulda "təchizat və əməliyyat strukturlarının ləğvini" sona çatdırdığını bildirdi. Qrupun məqsədi İspaniya və Fransada saxlanmış 493 üzvünün məhkumluq və həbs məsələləri ilə bağlı danışıqlar aparmaqdır.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib