SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
23 Dekabr 2014 | 11:54
Minskdə atəşkəs danışıqları gözlənilir
A
A
print
Baxılıb: 462

Dekabrın 22-də Ukrayna prezidenti Petro Poroşenkonun bildirdiyinə görə, dekabrın 24-26-da Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna və Avropada Təhlükəsizik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakı ilə atəşkəs danışıqları aparılacaq. Bu barədə "Reuters" xəbər verir.

Danışıqların tarixini Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin telefonda müzakirə ediblər. Poroşenkonun sözlərinə görə, liderlər sentyabrda Minskdə razılaşdırılmış atəşkəs planının növbəti mərhələsinin icrasının vacibliyini bildiriblər. Məqsəd Şərqi Ukraynada separatçılarla 4700-dən çox insanın ölümünə səbəb olan münaqişəyə son qoymaqdır. "İştirakçılar Minsk sazişinin bütün maddələrinin icrası, atəşkəs məsələsi, ağır silahlı texnikaların geri çəkilməsi, bütün əsirlərin dərhal buraxılmasının vacibliyini bildiriblər", - Poroşenko deyib.

Hər 2 tərəf sentyabr atəşkəsinə məhəl qoymasa da, dekabrda zorakılıq nisbətən azalıb. Əvvəlki planlar təxirə salınsa da, növbəti danışıqlara inam artıb.

Xatırladaq ki, martda Rusiya Qaradəniz yarımadasındakı Krımı anneksasiya edib. Bundan 1 ay sonra Kiyev mərkəzi hökumətinə tabe olmaq istəməyən və Rusiya ilə birləşmək tərəfdarı olan separatçılarla toqquşma başlayıb. Rusyönümlü sabiq prezidentin gedişindən sonra Kiyevin qərbyönümlü hökuməti münaqişədə Rusiyanı günahlandırır. Kreml isə qiyamın arxasında dayandığını inkar edir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib