SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Dekabr 2014 | 10:49
Tusk Ərdoğanla Türkiyə-Aİ münasibətlərini müzakirə etdi
A
A
print
Baxılıb: 431

Dekabrın 23-də Aİ Şurasının prezidenti Donald Tusk Türkiyə prezidenti Ərdoğanla telefonla danışıb. Telefon danışığında liderlər Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər. Tusk bildirib ki, "Bu, tərəflər üçün ümumi prioritet məsələdir. Mən Türkiyənin bu yaxınlarda qəbul etdiyi Aİ strategiyasını alqışlayıram, həmçinin 2015-ci ildə də mühüm inkişaf olacağına ümid edirəm."

Şura prezidenti kürd probleminin dinc həlli ilə bağlı Türkiyənin səylərini təqdir edib. Bildirib ki, Türkiyənin Suriyada gedən müharibədən qaçanlara sığınacaq verməsini yüksək qiymətləndirir.

"Aİ Türkiyənin bu sahədə səylərini dəstəkləməyə hazırdır", - deyə Tusk əlavə edib. Danışıqlar zamanı prezidentlər Türkiyədəki inkişafa, son həbslərə, bu sahədə qərəzsiz və şəffaf prosesin vacibliyi məsələlərinə də toxunublar. Eyni zamanda yaxın münasibətləri davam etdirməyə və mümkün qədər tez vaxtda görüşməyə razılıq əldə ediblər. 


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib