SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Dekabr 2014 | 12:15
Ukrayna Moskvanı qəzəbləndirdi
A
A
print
Baxılıb: 487

Dekabrın 23-də Ukrayna parlamenti NATO-ya qoşulmaq məqsədilə ölkənin “İttifaqdan kənar statusunu" ləğv edib. Bu addım Moskvanın qəzəbinə səbəb olub. Rusiya hesab edir ki, Qərbin alyansının Şərqə doğru böyüməsi ölkənin təhlükəsizliyini təhdid altında qoyur.

Kiyev NATO üzvlüyü üçün müraciət etmək arzusunda olduğunu avqustdan bildirib. Həmin vaxt Rusiya artıq Şərqi Ukraynada separatçılarla münaqişəyə fəal müdaxilə edirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın bu addımını yalnız gərginliyi artıran "səmərəsiz" addım adlandırıb. "Bu addım qarşıdurmanı gərginləşdirə bilər. Hökumət illuziya yaradır ki, guya bu cür qanun qəbul etməklə Ukraynada daxili böhrana son qoymaq olar", - TASS xəbər agentliyi Lavrova istinadən xəbər verib.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin səsvermədən qabaq parlamentarilərə müraciət edib. O deyib ki, bu qərar Ukraynanın Avropa və Qərbə yolunda qətiyyətli yol tutduğunu göstərir. "Bu, Avropa və avro-atlantik məkana inteqrasiyaya aparacaq", - o deyib.

Qanuna düzəliş 303 səslə, yəni tələb olunandan 77 səs çoxluqla və asanlıqla qəbul edilib.

Ukraynanın hərbi alyansa qoşulması uzun illər çəkə bilər. Buna baxmayaraq, NATO nümayəndəsi Brüsseldə bildirib ki, "Qapımız Ukraynaya açıqdır. Ukrayna müraciət etsə, standartları icra etsə və zəruri prinsiplərə əməl etsə, NATO üzvü olacaq".

Rusiyanın martda Krımı anneksasiyasından və şərqdə rusyönümlü separatçıların qiyamından sonra Moskva və Kiyev münasibətləri gərgindir. Kiyevin qərbyönümlü hökuməti Rusiyanı sabiq Ukrayna prezidentinin gedişindən sonra münaqişəni qızışdırmaqda və separatçıları silahlandırmaqda günahlandırır. Kreml isə bütün ittihamları inkar edir.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib