SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
24 Dekabr 2014 | 12:33
Fransa terror təhlükəsi ilə üz-üzədir
A
A
print
Baxılıb: 825

Fransada ötən bir neçə gün ərzində hücum aktları 1 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnib. Hökumət bundan sonra ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. Hadisələrin ekstremizmlə əlaqəsi araşdırılır.

Dekabrın 23-də baş nazir Manuel Vals bildirib ki, respublikanı silkələyən “yalquzaqların” hücumuna cavab olaraq, Parisdəki Yelisey meydanına, Fransanın başqa şəhərlərindəki ticarət mərkəzlərinə, ictimai yerlərə 1000 nəfərdən çox qoşun yerləşdirilib.

Qeyd edək ki, dekabrın 22-də Qərbi Nant şəhərində izdihamlı Milad mağazasında bir kişi yük yerinə hücum edərək 10 satıcını yaralayıb. 25 yaşlı qurbanlardan biri aldığı yaradan dünyasını dəyişib. Qatil hazırda istintaqa cəlb olunub. Hadisədən 1 gün əvvəl "Allahu-Əkbər" deyə qışqıran bir kişi oxşar qaydada Şərqi Dijon şəhərində 13 nəfəri yaralamışdı.

Dekabrın 20-də Mərkəzi Fransada Jue-le-Tur şəhərində eynilə "Allahu-Əkbər" çığıran bir nəfər 3 polisə atəş açdıqdan sonra güllələnib. "Dijon və Nant şəhərlərində gördüyümüz hadisələr bir-birini təkrarlayır", - Manuel Vals bildirib. O, dekabrın 23-də 800 təhlükəsizlik qüvvəsinin sayının əlavə 300 nəfər artırılması üçün göstəriş verib.

İlin əvvəlində militantlar fransız ordusunun Yaxın Şərqdə və Afrikada islamçıların qərargahlarına zərbəsinin əvəzini çıxacaqlarını, Fransa vətəndaşlarına və maraqlarına zərbə vuracaqlarını bildiriblər. Ona görə də ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

"Ən böyük təhlükə"

Dekabrın 20-də Jue-le-Tur şəhərindəki hücumla bağlı prokurorluq təhqiqat aparır. Şübhəlinin üzərində guya ona güc verən ərəbcə "Allah" sözü yazılan "dini sözlər" tapılıb. Buna baxmayaraq, hökumət orqanları digər 2 insidenti terror aktı kimi qiymətləndirmirlər. Hər 2 qatilin əqli cəhətdən sağlam olmadığı güman edilir.

Dekabrın 22-də Vals Fransanın heç vaxt terrorla bağlı indiki kimi təhdidlə üzləşmədiyini bildirib.

Radikal sağ "Milli Cəbhə" partiyası prezident Fransua Ollandın sosialist hökumətini Fransada radikal islamçı təhlükəsinə ciddi əhəmiyyət verməməkdə günahlandırır. Həmişə sözü üzə deyən Marin Lö Penin rəhbərlik etdiyi partiya radikal imamların deportasiyası və sərhəd nəzarətinin gücləndirilməsi tələblərini artırıb.

Bu həftə federal daxili işlər naziri Bernard Kaznövün bildirdiyinə görə, hökumət orqanları İraq və Suriyada mücahidlərə qoşulan və ölkəyə qayıdıb potensial təhlükə yaradan 118 nəfəri həbs edib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib