SiyasətEnerjiMövqeBloq
İqtisadiyyatElm və TəhsilMədəniyyət"Rəsm"i mövqe
Siyasət
25 Dekabr 2014 | 10:43
Minsk danışıqları sona çatdı
A
A
print
Baxılıb: 521

Belarusun paytaxtı Minskdə Ukrayna böhranına son qoymaq üçün aparılan danışıqlar sona çatıb. Rusyönümlü separatçılar, Ukrayna hökuməti, beynəlxalq müşahidəçilər və Rusiyanın cəlb olunduğu toplantı əsasən qoşunların geri çəkilməsi və humanitar yardıma yönəlmişdi. Buna baxmayaraq, danışıqlarda ciddi nailiyyət əldə olunmayıb. Növbəti danışıqların nə vaxt keçiriləcəyi məlum deyil. Bu barədə BBC məlumat verir.

Qeyd edək ki, sentyabrda da Minskdə atəşkəs və mühüm sülh danışıqları aparılmışdı, lakin heç bir tərəf buna tam əməl etməyib.

Danışıqlar ərəfəsində Ukrayna parlamenti ölkəni NATO-ya yaxınlaşdıran növbəti addım atıb. Dekabrın 24-də Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov bildirib ki, bu yalnız vəziyyəti gərginləşdirə bilər. Rusiya mətbuatı yazır ki, o, NATO üzvlərini Ukraynanı Rusiya ilə birbaşa qarşıdurmaya salmaqda ittiham edib. Alyansın genişlənmə siyasətinə görə, Ukrayna öz ərazisində münaqişəyə son qoymasa, onun NATO-ya qoşulması uzun illər çəkə bilər. Ona görə də NATO-nun Ukraynanı qəbul edəcəyi hələlik inandırıcı görünmür.

Dekabrın 24-də Ukrayna, rusyönümlü separatçılar və ATƏT nümayəndələri Minskə toplaşıblar. Separatçıların nümayəndəsi Denis Puşilin bundan əvvəl Rusiya mətbuatına bildirmişdi ki, dekabrın 26-da danışıqların növbəti mərhələsi keçirilə bilər. O demişdi ki, danışıqlar ağır hərbi texnikanın ön cəbhədən geri çəkilməsi, əsirlərin mübadiləsi, separatçıların əllərində olan bölgələrdə Ukraynanın iqtisadi blokadasına son qoymağa yönələcək.

Eyni zamanda, Kiyev hökuməti separatçı bölgələrdəki ukraynalılara müavinət verməkdən imtina edib. Noyabrın 2-də separatçılar öz seçkilərini keçirdikdən sonra ödənişlər dayandırılıb.

Qeyd edək ki, ATƏT dekabrın 24-dən əvvəl bildirmişdi ki, gündəliyin əsas mövzusu humanitar yardım olacaq.

“Amnesty İnternatonal” təşkilatının insan hüquqları qrupu Ukraynanın könüllülər batalyonunu ittiham edib. Təşkilat bildirir ki, bu batalyonlar Şərqdə ehtiyac içində olan insanlara ərzaq və dərman çatdırılmasına mane olur və humanitar böhranı gərginləşdirir. Bildirilir ki, “Dnipro-1” və “Aidar” batalyonları yolları bağlayıb. Nəticədə separatçı Donetsk və Luqansk bölgəsinə yardım çatdırılmayıb.

BMT-nin hesbaatına görə, apreldə Şərqi Ukraynada münaqişə başlayandan bəri 4707 nəfər ölüb.  Bunların 1357 nəfəri 5 sentyabr atəşkəsindən sonra həlak olub. Martda Rusiyanın Krımı anneksasiyasından sonra separatçılar Şərqi Donetsk və Luqansk bölgələrini ələ keçiriblər. Ukrayna silahlı qüvvələri və könüllülər bölgəni geri qaytarmaq uğrunda hərbi əməliyyatlara başlayıblar. Sonuncu atəşkəs danışıqları dekabrın 9-da baş tutmuşdu, lakin hər 2 regionda toqquşma arabir davam edib.


MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR
Top xəbərlər
DİGƏR XƏBƏRLƏR
14/10 15:44Avropa Məhkəməsi "Perinçek" işi ilə bağlı son sözünü deyəcək12/10 16:07Suriya müharibəsi və onun kökləri: qısa arayış01/10 11:53Şərqi Avropa və Qafqazdakı "dondurulmuş münaqişələr" Avropa Parlamentində müzakirə olundu28/06 16:55Brüsseldə Avropa Oyunlarına həsr edilmiş layihə çərçivəsində yekun tədbir keçirilmişdir29/05 21:48Rotterdamda Respublika günü qeyd edildi27/02 13:09Xocalı faciəsi yəhudi muzeyində anıldı09/01 13:15Parisdəki terror aktı MS-in gözü ilə09/01 11:02 Parlament "Charli Hebdo" qurbanlarının xatirəsini yad edib